"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Gömrük Komitəsindən ATV əleyhinə bəyanat:“Ucuz reytinq dalınca qaçırlar”

07 Yanvar 2016 - 19:22
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

Dövlət Gömrük Komitəsi (DGK) yanvarın 6-da saat 21:00-da “Azad Azərbaycan” televiziya və radio şirkətinin (ATV) “ATV Xəbər” verilişində yayımlanan süjetlə bağlı açıqlama yayıb.
Komitənin Mətbuat Xidmətindən Apa-ya daxil olan açıqlamada bildirilir: “Qanun icra üçün verilir, gömrük sahəsində islahatların reallaşmaması  qanunun icra olunmaması, təbii ki, vətəndaşı narahat edir. Demək hazırda əl yükü kimi 10 kq məhsul  keçirməyə icazə verilsə də bu yük  deyəsən kiməsə ağır gəlir nəticə etibarilə çəkisindən asılı olmayaraq yük yenə də sadə vətəndaşın üzərinə düşür”. Bu sətirlər yanvarın 6-da saat 21:00-da “ATV Xəbər” verilişindəki süjetdən götürülüb. Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun qarşısında çəkilən kadrlar əsasında hazırlanan süjetdə gömrük sahəsində həyata keçirilən islahatlara guya əməl olunmamasından, qanunların pozulmasından danışılır. “Ciddi xəbər” adı altında şou düzəldərək ucuz reytinq dalınca qaçan bu “televiziyanın möhtəşəm süjeti” haqda daha sonra…
Son illərdə baş verən qlobal iqtisadi böhran artıq dünya ölkələrinin əksəriyyətini əhatə edib. İqtisadi tənəzzülə paralel olaraq neftin qiymətində baş verən  kəskin azalma neft ixracatçısı olan digər ölkələr kimi Azərbaycan iqtisadiyyatına da təsirini göstərib. İllər öncə ölkəmizdə neftdən asılılığı aradan qaldırmaq məqsədilə həyata keçirilən islahatlar  ötən il daha da sürətlənib. Sahibkarlıq mühitinin stimullaşdırılması, yerli istehsalın  inkişafı və qorunması istiqamətində mühüm addımlar atılıb, mütərəqqi islahatlar həyata keçirilib. Demək olar ki, dövlət və özəl sektorda fəaliyyət göstərən bütün qurumlar mümkün vasitələrdən istifadə etməklə milli  iqtisadiyyatın qorunması istiqamətində səfərbər olunub. Bu sahədə medianın, kütləvi informasiya vasitələrinin də rolu danılmazdır. Qəbul olunan qanunların, yeniliklərin  ictimaiyyətə çatdırılması, şərh olunması və təbliği sahəsində media orqanlarının üzərinə mühüm vəzifələr düşür və ümumi mənzərə bundan ibarətdir ki, milli mətbuatımız  yaxşı mənada bu sahədə öz töhfəsini verməyə çalışır.
Ancaq müşahidələr göstərir ki, bəzi media orqanları ölkədə yaranan iqtisadi mühitdən istifadə edərək qərəz, reytinq, qeyri-peşəkarlıq və ya məlumatsızlıq nəticəsində  həqiqətə uyğun olmayan yalan və böhtan xarakterli məlumatlar yaymağa çalışır. Yanvarın 6-da saat 21:00-da “Azad Azərbaycan” televiziyasının efirində yayımlanan “ATV Xəbər” verilişindəki süjetdə də bu qəbildən olan məlumatlar öz əksini tapıb. Süjetdə dövlət sərhədini keçdiyi ehtimal olunan və titrlərdə adı, soyadı əks olunmayan şəxslərdən alınan müsahibə əsasında verilən informasiyaya görə, sözügedən gömrük postunda Gürcüstandan gələn vətəndaşlara guya 10 kq əl yükünü keçirməyə icazə verilmir və gömrük əməkdaşları “qanunlara etinasizliq göstərərək” gömrük sərhədindən istədikləri qədər yükü buraxır və ya ümumiyyətlə buraxmır. Üstəlik gömrükçülərin vətəndaşlarla davranış qaydalarına əməl etmədiyi və onlarla kobud davrandığı iddia olunur.
Sözügedən reportajın qeyri peşəkarcasına hazırlandığı göz qabağındadır. İlk növbədə  10 kq əl yükü deyildikdə nədən bəhs olunduğu, hansı qanun və ya qaydaya əsasən bu fikirlərin səsləndirildiyi faktlarla əsaslandırılmalı idi. Bununla bağlı Dövlət Gömrük Komitəsi bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydalari” nın 2.1.11-ci  maddəsinə əsasən  fiziki şəxslər gömrük sərhədindən 10 kiloqrama qədər ərzaq məhsullarını (nərə cinsli balıq istisna olmaqla)  hər hansı rüsum ödəmədən keçirə bilərlər və gömrük keçid məntəqələrində bu qanuna tam əməl olunur.
Adları, dövlət sərhədini hansı məqsədlərlə keçdiyi  belə bilinməyən şəxslərin dili ilə dövlətin iqtisadi təhlükəsizliyini təmin edən qurumlarından birinin qanunları pozmaqda ittiham etmək isə absurddur. Süjeti hazırlayanların diqqətinə çatdırırıq ki, Dövlət Gömrük Komitəsi gömrük sərhədindən mal və nəqliyyat vasitələrinin keçidini Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) vasitəsilə həyata keçirir, bütün gömrük postları 24 saat ərzində yüzlərlə kamera  ilə izlənilir və proseslər qeydə alınır. Bu sistemin imkanlarından istifadə edərək apardığımız araşdırma zamanı məlum oldu ki, süjetdə müsahibəsi təqdim olunan qadın Azərbaycan Respublikası vətəndaşı, Qazax rayon sakini Sona İsmayılovadır. 57 yaşlı  Sona İsmayılova son bir ayda dövlət sərhədini 62 dəfə keçib.
Süjetdə istədiyi qədər “əl yükünü” keçirə bilmədiyi üçün “dolana bilmədiyini” iddia edən Azərbaycan Respublikası vətəndaşı, Qazax rayon sakini 1984-cü il təvəllüdlü Tural Namazov isə ötən ilin dekabr ayının 8-dən bu günədək dövlət sərhədini 102 dəfə keçib və 7 yanvar 2016 tarixində yenidən Gürcüstan Respublikasına səyahət edib. Maraqlısı isə odur ki,  “dolana bilmədiyini” iddia edən Tural Namazov hər dəfə özü ilə 3 blok siqaret gətirib ki, bu da ümumilikdə 1530 qutu deməkdir. Yəqin ki, Tural Namazovun dilindən dövlətin strateji qurumlarından birinin fəaliyyətini şübhə altına alanlar onun bu qədər siqareti şəxsi istifadə üçün gətirdiyini iddia edə bilməzlər.
Gömrük əməkdaşlarının vətəndaşlarla kobud davranışına gəlincə isə konkret bunu iddia edən Sona İsmayılova ilə gömrükçülərin necə davrandığını aşağıdakı videodan aydın görmək olar.
Azərbaycan respublikasının mövcud qanunvericiliyinə görə hər hansı məlumat yayımlanmadan öncə aidiyyatı qurumların da rəyi öyrənilməlidir ki, sözügedən süjet hazırlanarkən Dövlət Gömrük Komitəsinin rəyi öyrənilməyib.
Dövlət Gömrük Komitəsi bir daha bütün media qurumlarını  və onların  əməkdaşlarını fəaliyyətləri zamanı qərəzsizliyə, peşəkarlığa, ölkə qanunlarına hörmət etməyə çağırır.
Yalan və böhtan xarakterli məlumat yayanlar bilməlidir ki,  milyonlarla izləyicisi olan auditoriya vasitəsilə  yaydıqları həqiqətə uyğun olmayan məlumata görə  özləri də qanun qarşısında məsuliyyət daşıyırlar.
Süjetin əvvəlində səslənən 10 kq yükə gəlincə isə qanunlara etinasızlığın yükü daha ağırdır. İstər qanun, istər vicdan qarşısında”.
Previous Post

Gömrük Komitəsindən ATV əleyhinə bəyanat:“Ucuz reytinq dalınca qaçırlar”

Next Post

“Sınıq Körpü”də insident: Keçid 1 saat dayandı

Bənzər yazılar

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40

İran həm diplomatiya, həm də ölkəni müdafiə etmək üçün hazırdır. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici...

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35

Bazar günü Hörmüz boğazından keçən tanker atəşə tutulub. Elchi.az xəbər verir ki, bu barədə bazar ertəsi Böyük Britaniya Hərbi Dəniz...

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31

İran Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın Tehrana qarşı ittihamlarını pisləyib. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran...

Next Post

“Sınıq Körpü”də insident: Keçid 1 saat dayandı

“Sınıq Körpü”də insident: Keçid 1 saat dayandı

Son xəbərlər

Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir

Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir

13 Oktyabr 2026 - 12:26
“Sabah”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək

13 Oktyabr 2026 - 12:18
9 ayda Azərbaycanda 12 mlrd. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib

9 ayda Azərbaycanda 12 mlrd. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib

13 Oktyabr 2026 - 12:10
Laos Prezidenti Azərbaycan dövlət başçısına tələbələrlə bağlı təklifinə görə təşəkkür edib

Laos Prezidenti Azərbaycan dövlət başçısına tələbələrlə bağlı təklifinə görə təşəkkür edib

13 Oktyabr 2026 - 12:00
Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

Prezident İlham Əliyev: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir

13 Oktyabr 2026 - 11:56
Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

13 Oktyabr 2026 - 11:44
Azərbaycanda nağdsız ödənişlərin payı 70%-ə yaxınlaşıb

Azərbaycanda nağdsız ödənişlərin payı 70%-ə yaxınlaşıb

13 Oktyabr 2026 - 11:30
Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

13 Oktyabr 2026 - 11:24
Milli Məclisin iclası başlayıb

İsraildə müxalifət Netanyahunu qabaqlayır

13 Oktyabr 2026 - 11:15
Azərbaycan və Laos prezidentlərinin təkbətək görüşü olub

Azərbaycan və Laos prezidentlərinin təkbətək görüşü olub

13 Oktyabr 2026 - 11:05
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

13 Oktyabr 2026 - 10:59
DİM sədri: Bu il Prezident təqaüdünə namizəd olan 15 nəfər kənd və qəsəbə məktəblərinin məzunudur

DİM sədri: Bu il Prezident təqaüdünə namizəd olan 15 nəfər kənd və qəsəbə məktəblərinin məzunudur

13 Oktyabr 2026 - 10:51
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

13 Oktyabr 2026 - 10:42
Türk dövlətləri fintex sahəsində əməkdaşlığı Bakıda müzakirə edir

Türk dövlətləri fintex sahəsində əməkdaşlığı Bakıda müzakirə edir

13 Oktyabr 2026 - 10:34
Çempionlar Liqası: “Sabah” bu gün Çexiyanın “Slaviya” klubunu qəbul edəcək

Çempionlar Liqası: “Sabah” bu gün Çexiyanın “Slaviya” klubunu qəbul edəcək

13 Oktyabr 2026 - 10:19
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.