"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

“Geopolitical Monitor”: Azərbaycan Cənubi Qafqazda PUA-lar sahəsində liderliyini qoruyur

03 İyul 2026 - 22:47
in DÜNYA, XƏBƏR LENTİ
FacebookVatsap

Azərbaycan Cənubi Qafqazda pilotsuz sistemlərin ən qabaqcıl və institusional cəhətdən hazırlıqlı operatoru olaraq qalır və həm müasir PUA-ların alınması, həm də yerli istehsalın inkişafı sahəsində imkanlarını ardıcıl genişləndirməyə davam edir.

Bunu da oxuyun

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

Cənubi Koreyanın Ukraynadakı səfiri ölkəsinə qayıtdı

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Elchi.az -ın məlumatına görə, bu barədə “Geopolitical Monitor”un “Dron silahlanma yarışı: Cənubi Qafqazda pilotsuz müharibənin inteqrasiyası” məqaləsində bildirilir.

Məqalədə qeyd olunur ki, Azərbaycan son illər “Iti qovan” kimi yerli istehsal da daxil olmaqla bir sıra yeni pilotsuz sistemləri silahlanmaya qəbul edib.

“Azərbaycanın aparıcı müdafiə istehsalçısı olan “Azərsilah” da dronların hazırlanması və istehsalında fəal iştirak edir. Yerli istehsal təşəbbüsləri ilə yanaşı, Azərbaycan “Bayraktar TB2” və “Akıncı” dronları da daxil olmaqla Türkiyə və İsrailin müxtəlif pilotsuz sistemlərin istismarına davam edir və gələcəkdə əlavə müasir PUA-lar əldə etməkdə maraqlı olduğunu bildirib. Ölkə həmçinin “Akıncı” dronları üçün ixtisaslaşmış təlim və texniki xidmət mərkəzləri yaradıb”, – məqalədə bildirilir.

Müəlliflər həmçinin diqqəti ona yönəldirlər ki, 2021-ci ildə Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi müdafiə texnologiyaları, kadr hazırlığı və hərbi-sənaye inkişafı sahələrində ikitərəfli əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirib. Onların qiymətləndirməsinə görə, Azərbaycan silah tədarükündən kənara çıxaraq, birgə dron istehsalı imkanlarını, eləcə də “Baykar”la daha geniş hərbi-sənaye əməkdaşlığını araşdıraraq, Türkiyənin müdafiə şirkətləri ilə əlaqələrini ardıcıl genişləndirir.

“Son illər tərəflər texnologiya mübadiləsi, sənaye əməkdaşlığı və “Baykar” sistemlərinin istehsalının Azərbaycanda potensial lokallaşdırılması ilə bağlı əməkdaşlıq müqavilələri və memorandumlar imzalayıblar. Bu, Bakının daha dayanıqlı yerli pilotsuz sistemlər istehsalının inkişafında uzunmüddətli marağını nümayiş etdirir. Beynəlxalq səviyyədə diqqət çəkən ən vacib inkişaflardan biri Azərbaycan Silahlı Qüvvələrinin heyətində ayrıca Pilotsuz Sistemlər Qoşunlarının rəsmi şəkildə yaradılması olub”, – müəlliflər qeyd edirlər.

Müəlliflər Ukrayna təcrübəsinə istinad edərək vurğulayırlar ki, pilotsuz qüvvələrin institusionallaşdırılması döyüş meydanında daha effektiv koordinasiyanı və effektivliyin artırılmasını asanlaşdırır.

“2025-ci il hərbi paradında təmsil olunan bölmələrin ardıcıllığı yeni qoşunların Azərbaycan Hərbi Hava Qüvvələrinin strukturuna inteqrasiya olunduğunu göstərir. Azərbaycanın pilotsuz uçuş aparatları sahəsində imkanlarının genişlənməsi həmçinin hərbi xərclərin davamlı artımı ilə güclənir. Ölkənin müdafiə büdcəsi 2020-ci ildə təxminən 2,24 milyard dollardan 2026-cı ildə planlaşdırılan 5,1 milyard dollara qədər artıb ki, bu da Bakının hərbi modernləşdirmə və texnoloji inkişafa davamlı diqqətini əks etdirir”, – məqalədə bildirilir.

Müəlliflər xatırladırlar ki, dronların hərbi məqsədlər üçün istifadəsinə bir neçə onilliklər əvvəl başlanılıb: ilk kəşfiyyat dronları Vyetnam müharibəsi zamanı istifadə olunub. Lakin, dron müharibəsinin inkişafında keyfiyyətcə yeni mərhələ 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı başlayıb və bu, pilotsuz sistemlərin əsas rol oynadığı ilk böyük dövlətlərarası münaqişəyə çevrilib.

“Geopolitical Monitor”un qiymətləndirməsinə görə, Azərbaycanın hücum dronlarından genişmiqyaslı istifadəsi onların zirehli texnikalara, artilleriya sistemlərinə və hava hücumundan müdafiə sistemlərinə qarşı yüksək effektivliyini əyani şəkildə nümayiş etdirib və PUA-ların müasir müharibənin əsas elementi kimi statusunu möhkəmləndirib.

“Cənubi Qafqaz pilotsuz sistemlərin əhəmiyyətinin xüsusilə nəzərə çarpan olduğu regionlardan biri olaraq qalır. Qarabağ müharibəsinin təcrübəsi və ardınca Ukraynadakı müharibədən çıxarılan dərslər regional oyunçulara dronların XXI əsr müharibəsinin əsas silahı olduğunu göstərdi. Nəticədə, Cənubi Qafqazın hər üç dövləti pilotsuz müharibə imkanlarının inkişafına müxtəlif dərəcədə maraq göstərir, baxmayaraq ki, onların tətbiqinin miqyası əhəmiyyətli dərəcədə dəyişir. Azərbaycan hazırda yerli istehsalı, şaxələndirilmiş tədarükü və ixtisaslaşmış pilotsuz sistem strukturlarının yaradılması sayəsində pilotsuz sistemlərin inteqrasiyasında regional lider kimi açıq şəkildə ortaya çıxır”, – müəlliflər fikirlərini yekunlaşdırırlar.

 

Previous Post

Vyanadakı anbarda iri miqyaslı yanğın baş verib

Next Post

Sahibə Qafarova Xameneinin vida mərasimində iştirak edib

Bənzər yazılar

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21

NATO Hərbi Komitəsinin rəhbəri Cüzeppe Kavo Draqone Şimali Atlantika Alyansının Kalininqradı blokadaya almaq niyyətində olmadığını bəyan edib. Elchi.az xəbər verir ki,...

Cənubi Koreyanın Ukraynadakı səfiri ölkəsinə qayıtdı

Cənubi Koreyanın Ukraynadakı səfiri ölkəsinə qayıtdı

10 Oktyabr 2026 - 10:30

Cənubi Koreyanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Pak Ki Çhan Kiyevi tərk edərək ölkəsinə qayıdıb. Elchi.az "Yonhap" agentliyinə istinadla xəbər...

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri...

Next Post
Sahibə Qafarova Xameneinin vida mərasimində iştirak edib

Sahibə Qafarova Xameneinin vida mərasimində iştirak edib

Əlahiddə Ümumqoşun Ordusunda növbəti təlim toplanışı başa çatdı – VİDEO

Əlahiddə Ümumqoşun Ordusunda növbəti təlim toplanışı başa çatdı - VİDEO

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.