"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Generalitetin kabinetlərindən nə tapılıb?

10 Noyabr 2015 - 12:15
in aktual-banner, Banner, MANŞET
FacebookVatsap

Bunu da oxuyun

“Suriyada Türkiyənin hərbi mövcudluğuna dözməyəcəyik” – Netanyahu

“Qarabağ” – “Tvente” oyununun biletləri satışa çıxarılıb

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu “İnnovativ İnşaat Metodologiyası” üzrə qalib olub

Eldar Mahmudovun işdən azad edilməsi ilə Milli Təhlükəsizlik Nazirliyində başlamış “17 oktyabr inqilabı” yenidən medianın bir nömrəli mövzusuna çevrilib. Buna səbəb isə bu strukturda “təmizləmə” və həbslərin davam etməsidir.
Hər gün demək olar ki, MTN-də kiminsə işdən çıxarılması, kiminsə həbs edilməsi barədə xəbərlər yayılır, bu qurumda sahibkarlara qarşı baş vermiş cinayətlərin yeni-yeni təfərrüatları məlum olur.

MTN-də baş verən qanunsuz əməllərdə adı ən çox hallanan Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov, nəhayət, işdən uzaqlaşdırılıb və ciddi nəzarət altına alınıb. Onun saxlanılması xəbəri E.Mahmudov işdən çıxarıldıqdan dərhal sonra yayılmışdı. Amma sonradan onun həbs edilmədiyi, hətta öz kabinetində oturmağa davam etdiyi bildirildi.

“Yeni Müsavat”ın hüquq-mühafizə orqanlarına yaxın mənbələrdən əldə etdiyi xəbərə görə, əslində A.Çovdarovun kabineti elə nazir işdən çıxarılan gün möhürlənibmiş. Nazirin kabineti ilə yanaşı bir neçə vəzifəli şəxsin otaqları da dərhal Xüsusi Dövlət Mühafizə İdarəsinin əməkdaşları tərəfindən möhürlənib. Üstəlik, bir neçə gün ərzində nazirliyin vəzifəli şəxslərinin kabinetində axtarış-əməliyyat tədbirləri keçirilib.

Mənbənin ən sensasion məlumatı budur ki, bəzi kabinetlərdə hələ aktiv olmayan gizli xüsusi dinləmə qurğuları da aşkar edilib. Ehtimal edilir ki, MTN generaliteti hansısa məqamda bu qurğular vasitəsilə nazirlikdə baş verənləri dinləmək üçün hazırlıq görüb. Bu səbəbdən də yeni təyin edilən bütün idarə rəislərinə tapşırılıb ki, kabinetləri həm də gizli qurğulardan təmizlətmək qayğısına qalsınlar. Bu səbəbdən A.Çovdarovun “kabinetində oturması” xəbəri əvvəldən də real görünmürdü.

“MTN işi” bütövlükdə Akif Çovdarovun üstünə fokslanmasa da, bu strukturda ən odioz fiqur kimi onun adı həmişə öndə çəkilib. Keçmiş həbsxana rəisi olan Akif Çovdarov kriminal əlaqələrini daima saxlayıb. Onun Gürcüstan doğumlu iki məşhur azərbaycanlı avtoritetlə (hər ikisi Azərbaycandan kənarda yaşayır) daima əlaqə saxladığı, bəzi “razborkalarda” onlara ciddi dəstək verdiyi, hətta Rusiyanın hüquq-mühafizə orqanlarına “öz adamları” kimi tapşırdığı iddiaları var.

Hələ bir neçə il əvvəl ABU-nun sabiq rektoru Elşad Abdullayev qardaşı Mahir Abdullayevin oğurlanmasında bilavasitə A.Çovdarovu günahlandırmışdı. Sitat: “Rusiya Federasiyasının Sverdlovsk vilayətində taxta-şalban alverçisi, Heydər Əliyevin hakimiyyəti dövründə axtarışda olan, kriminal aləmdə ”Təpəgöz” kimi tanınan və hazırda Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olan general-biznesmen Akif Çovdarovdur.

Belə şübhəli tərcümeyi-halı olan kriminal şəxs, “polojeniyaya” baxan adam qısa müddətdə dövlətin əsas təhlükəsizlik idarəetmə orqanında necə ali vəzifə tuta bilər?” MTN-in ictimaiyyətlə əlaqələr mərkəzi isə həmin vaxt A.Çovdarovla bağlı ittihamlara “biz cəfəng məqalələri şərh etmirik” sözləri ilə münasibət bildirmişdi.

A.Çovdarovla bağlı daha bir sensasion məlumat onun vətəndaşlığı ilə bağlıdır. Belə ki, Çovdarov Gürcüstanda doğulsa da, onun Rusiya vətəndaşı olduğu deyilir. İddialara görə, o, bu illər ərzində Rusiya vətəndaşı kimi MTN-in ən mühüm postlarından birində oturub. Amma onun Rusiya ilə deyil, Gürcüstanın siyasi dairələri ilə yaxşı əlaqələri olduğu da iddia edilir. İddiaya görə, prezidentin son səfərində ona Çovdarovun “günahlarını bağışlamaq” xahişi edilə bilərdi.

Məlumata görə, indiyədək həbs olunan MTN əməkdaşlarının əksəriyyəti də məhz qeyri-qanuni göstərişlərin bir çoxunu Çovdarovdan aldıqlarını deyiblər. A.Çovdarov həbs edilərsə, bu o deməkdir ki, Eldar Mahmudovun da həbs sanksiyası imzalanmaq üçün hazırdır. Çünki A.Çovdarov MTN-in sabiq şefinin bütün sirlərini bilən üç adamdan biri, bəlkə də birincisidir.
Qeyd edək ki, MTN-in Baş Əks-Kəşfiyyat İdarəsinin şöbə rəisi, polkovnik Mirəziz Əsgərov, daxil olan şikayətlər əsasında, Baş Prokurorluq tərəfindən saxlanılıb.
Hazırda araşdırma aparılır.

E.Mahmudovun sayəsində Azərbaycanın ən gənc generallarından biri olan 36 yaşlı general-mayor Vüqar Allahquliyev MTN-in hərbi hissə komandiri vəzifəsindən uzaqlaşdırılıb. General təhlükəsizlik sistemində işə yararsız hesab edilib. V.Allahquliyev 2015-ci il mart ayının 27-də general-mayor rütbəsi ilə təltif edilib. 36 yaşlı general Eldar Mahmudovun qohumudur. V.Allahquliyevin atası Zülfüqar Alllahquliyev sabiq MTN rəhbəri Eldar Mahmudovun həyat yoldaşının dayısıdır. Bundan əlavə, Z.Allahquliyev Azərbaycanın ən varlı iş adamlarından sayılır. Məlumata görə, onun bir neçə ticarət obyektləri və kərpic zavodları var.

Previous Post

Generalitetin kabinetlərindən nə tapılıb?

Next Post

Korrupsiya və rüşvətxorluğa qarşı ağır silah – İctimai Nəzarət

Bənzər yazılar

“Suriyada Türkiyənin hərbi mövcudluğuna dözməyəcəyik” – Netanyahu

“Suriyada Türkiyənin hərbi mövcudluğuna dözməyəcəyik” – Netanyahu

20 Avqust 2026 - 13:00

"Suriyada İsraili təhdid edən Türkiyə hərbi mövcudluğuna dözməyəcəyik". Elchi.az xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib....

“Qarabağ” – “Tvente” oyununun biletləri satışa çıxarılıb

“Qarabağ” – “Tvente” oyununun biletləri satışa çıxarılıb

19 Avqust 2026 - 22:16

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununun biletləri satışa çıxarılıb. Bu barədə Elchi.az - a Azərbaycan təmsilçisindən...

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu “İnnovativ İnşaat Metodologiyası” üzrə qalib olub

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu “İnnovativ İnşaat Metodologiyası” üzrə qalib olub

19 Avqust 2026 - 21:24

Avropa və Mərkəzi Asiya Regional Mükəmməllik Mükafatlarına təqdim edilən Əhmədbəyli-Füzuli-Şuşa Avtomobil Yolu Layihəsi Beynəlxalq Yol Federasiyası (BYF Qlobal) tərəfindən "İnnovativ...

Lavrov Britaniyanı hədələdi: “Ona yazığım gəlir”

Lavrov Britaniyanı hədələdi: “Ona yazığım gəlir”

19 Avqust 2026 - 14:00

"Moskva, Britaniya raket qüvvələrinin Rusiya Federasiyasına qarşı zərbələrdə iştirakını – bundan irəli gələn bütün nəticələri ilə birlikdə – Ukraynadakı münaqişədə...

Next Post

Korrupsiya və rüşvətxorluğa qarşı ağır silah – İctimai Nəzarət

Korrupsiya və rüşvətxorluğa qarşı ağır silah – İctimai Nəzarət

Son xəbərlər

UEFA Konfrans Liqası: “Tvente” – “Qarabağ” oyunu başlayıb

UEFA Konfrans Liqası: “Tvente” – “Qarabağ” oyunu başlayıb

20 Avqust 2026 - 22:24
Zimbabvedə baş verən bərə qəzasında ölənlərin sayı 97-yə çatıb

Zimbabvedə baş verən bərə qəzasında ölənlərin sayı 97-yə çatıb

20 Avqust 2026 - 22:20
Azərbaycan və İraq media və mədəniyyət sahəsində məlumat mübadiləsini genişləndirməyi planlaşdırır

Azərbaycan və İraq media və mədəniyyət sahəsində məlumat mübadiləsini genişləndirməyi planlaşdırır

20 Avqust 2026 - 21:25
İsveçrə və Çin yenilənmiş ticarət sazişi üzrə danışıqları başa çatdırıb

İsveçrə və Çin yenilənmiş ticarət sazişi üzrə danışıqları başa çatdırıb

20 Avqust 2026 - 21:18
Aİ qanunsuz miqrasiya ilə mübarizə üçün Mərakeşə maliyyə dəstəyini artıracaq

Aİ qanunsuz miqrasiya ilə mübarizə üçün Mərakeşə maliyyə dəstəyini artıracaq

20 Avqust 2026 - 21:16
Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edilib

Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edilib

20 Avqust 2026 - 19:54
Konqo Ebola virusuna qarşı 70 min doza peyvənd alacaq

Konqo Ebola virusuna qarşı 70 min doza peyvənd alacaq

20 Avqust 2026 - 19:53
Nigeriyada qayığın aşması nəticəsində 40-a yaxın insan ölüb

Nigeriyada qayığın aşması nəticəsində 40-a yaxın insan ölüb

20 Avqust 2026 - 19:50
Kolumbiyada qanunsuz mədəndə torpaq sürüşməsi nəticəsində 13 nəfər ölüb

Kolumbiyada qanunsuz mədəndə torpaq sürüşməsi nəticəsində 13 nəfər ölüb

20 Avqust 2026 - 19:48
Almaniyada istilik fəlakəti: Ölənlərin sayı 14000-ə çatıb

Almaniyada istilik fəlakəti: Ölənlərin sayı 14000-ə çatıb

20 Avqust 2026 - 19:23
KL: Pley-off mərhələsinə start verilir

KL: Pley-off mərhələsinə start verilir

20 Avqust 2026 - 19:11
Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

20 Avqust 2026 - 19:07
Husilər Nəcranda hava limanına və “Saudi Aramco”nun müəssisəsinə hücum ediblər

Husilər Nəcranda hava limanına və “Saudi Aramco”nun müəssisəsinə hücum ediblər

20 Avqust 2026 - 19:05
Yasamalda yanğın oldu

Kürdəxanıda yol kənarında tikinti materialları yanıb – YENİLƏNİB

20 Avqust 2026 - 18:57
Lavrov Vatikanın diplomatik xidmət rəhbəri ilə danışıqlar aparacaq

Lavrov Vatikanın diplomatik xidmət rəhbəri ilə danışıqlar aparacaq

20 Avqust 2026 - 18:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.