Dövlət Gömrük Komitəsinin (DGK) bütün əməkdaşları sərəncama göndərilir.
Elchi.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə DGK sədri, general-leytenant Şahin Bağırov əmr imzalayıb.
Əmrə əsasən, 15.07.2023-cü il tarixindən 01.08.2023-cü ilə kimi komitənin bütün idarə və şöbələrinin rəhbər heyətlərindən tutmuş sıravi işçilərinə kimi, hər kəs sərəncama götürüləcək.
Sonuncu tarixdə isə struktur yenidən formalaşdırılacaq. Bu müddətə qədər bütün əməkdaşların “işinə” yenidən baxılacaq.
Saxta diplomla rütbə alıb komitədə çalışanlar, işində ciddi nöqsanlara yol verənlər, təqaüd yaşına çatmış şəxslərin əksəriyyəti vəzifələrindən azad ediləcəklər.
Məsələ ilə bağlı DGK-nin Mətbuat və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi, gömrük xidməti polkovniki Natiq Axunda sorğu ünvanlansa da, xəbəri nə təsdiq, nə də təkzib etdi.
“Maarif Cığırı – Nizami 885” layihəsi çərçivəsində Bakı və Gəncə şəhərlərinin ümumtəhsil məktəblərində silsilə maarifləndirici seminarlar təşkil olunub
"Cığır" mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən həyata keçirilən qrant müsabiqədə qalib olduğu...





















Son şərhlər