"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“General Akif Çovdarovun elə bir xəstəliyi var ki…”

23 Fevral 2016 - 14:05
in XƏBƏR LENTİ
FacebookVatsap
“General Akif Çovdarovun elə bir xəstəliyi var ki...”

Həbsdəki MTN generalının vəkili danışdı – ilginc açıqlamalar; Vəkil Sadiq Rəsulov sahibkarların gizli həbsxanada saxlanılmasına münasibət bildirdi: “özü heç nə demək istəmir”; o, Eldar Mahmudovla bağlı sualı da cavablandırdı…

Bunu da oxuyun

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan Akif Çovdarovun vəkili Sadiq Rəsulov “Yeni Müsavat”ın suallarını cavablandırıb. Vəkil müvəkkili haqda bu günə qədər yayılan məlumatlara aydınlıq gətirib. 
Sabiq idarə rəisinə CM-in 4 maddəsi ilə – qanunsuz olaraq azadlıqdan məhrum etmə, vəzifə səlahiyyətlərini aşma,  əməliyyat-axtarış fəaliyyəti (qanunsuz gizli dinləmə, informasiya əldə etmə) haqda qanununu pozma və rüşvətxorluqda ittiham elan olunub. İlk sualımız da bununla bağlı oldu.
 
– Akif Çovdarov ittihamları qəbul edirmi?
– Bununla bağlı hələlik heç nə demək istəmirik. 50 adam gedib həmin parniklərə (insanlara orada işgəncə verildiyi bildirilir – red.) baxdı. Orada 1 metr dərinliyində belə yer tapmadılar. Amma adını qoymuşdular ki, orada kimlərəsə işgəncə verməyə xüsusi hazırlanmış yer var idi. Heç nə tapa bilmədilər.
– Özü həbsi ilə bağlı nə deyir? Həbsini qanuni sayırmı? 
– Bu məsələlərlə bağlı heç nə demək istəmir. Bununla bağlı məndən xahiş edib ki, mətbuata nəsə deməyim.
 
– Saxlama şəraiti ilə bağlı şikayətlərinin olduğu deyilirdi…
 
– Digər saxlanılan şəxslər necə, Akif Çovdarov da eyni vəziyyətdə saxlanır. Dəhşətli dərəcədə super də deyil, adi qaydada saxlanılır. Hamı necədir, o da elə. Saxlama şəraiti normaldır. Hamı bilir ki, normal imkanı olan heç kim Kürdəxanıda (Bakı İstintaq Təcridxanası- E.M.) yemək yeməz. Hamı çalışır ki, həftədə bir dəfə evindən yemək gəlsin.
 
– Akif Çovdarova da belə bir şərait yaradılır?
– Həftədə bir dəfə ailəsi sovqat göndərir. Buna icazə verirlər.
 
– Mətbuatda Akif Çovdarovun “MTN işi” üzrə həbs olunan digər məhbuslara təsir imkanlarının olduğu yazılıb…
– Bu haqda məlumatsızam. Akif Çovdarovun digər məhbuslardan fərqli bir imtiyazı yoxdur.
 
– Akif Çovdarovun iş yoldaşı, MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini İlqar Əliyevin asılı vəziyyətdə olan meyiti Bakı İstintaq Təcridxanasındakı kamerada aşkar olundu. Akif Çovdarova belə bir təhlükə varmı? 
– Bununla bağlı mənə nəsə deməyib. Elə bir şikayəti olmayıb.
– Özü necə düşünür – onu təhlükəsiz şəraitdə saxlayırlar?
– Bu sual elədır ki, ona cavab verə bilmərəm. Çünki Allahın işini bilmərəm. İlqar Əliyev özünü asıb, yoxsa asıblar, orada nə olub, heç nə deyə bilmərəm. Mən deyə bilmərəm ki, onun həyatına heç bir təhlükə yoxdur. Bəlkə sabah… Normal insan yatır və bəzən səhər ayılmır. Bir şey olsun, ondan sonra mən nə deyim?!
 
– İlqar Əliyevin oradakı kameradan meyiti çıxandan sonra aranızda bununla bağlı müzakirə olmamış deyil. Akif Çovdarov bu haqda nə deyir, düşünür? 
– İlqarla bağlı gəldiyi bir nəticə yoxdur. Mənə də nəsə deməyib.
 
– “MTN işi” üzrə həbs olunan şəxslərin vəkilləri Bakı İstintaq Təcridxanasında ciddi yoxlamalara məruz qalmalarından şikayət edirdilər. Sizin belə bir probleminiz olubmu?
– Digər təqsirləndirilən şəxslərin vəkillərindən fərqli olaraq  “MTN işi”nə çıxan vəkili çox ciddi yoxlayırlar. İlk gündən belə olub, bu gün də belə davam edir.
– Akif Çovdarovun adı mətbuat səhifələrindən düşmür. Özünün buna münasibəti necədir? 
– Özü də başa düşür ki, mətbuat yazmalıdır, yazırlar. Nə aqressiyası, nə hər hansı bir reaksiyası yoxdur. Başa düşür ki, mətbuat yazmalıdır.
– Akif Çovdarovun villalarına, maşınlarına həbs qoyulması xəbəri vardı. Həbs qoyulmayan əmlakı qalıbmı? 
– İstintaq bu haqda bizə məlumat vermir. Əmlakın üzərinə həbs qoyulursa, bunu biz bilməyə bilərik. İstintaq Reyestr Xidmətinə bir məktub yazır və əmlakın üzərinə həbs qoyulur. Bu haqda biz iş materialları ilə tanış olanda biləcəyik ki, belə bir qərar var, ya yox. Bu gün Akif Çovdarovun satdığı bir şey yoxdur, aldığı bir şey yoxdur. Ona görə də bu haqda bilmirik.
– Necə düşünürsüz, istintaq hərəkətləri intensivdir, yoxsa araşdırmalar ləng gedir? 
– Dindirdikləri günlər çox olur. Amma bu o demək deyil ki, onu hər gün dindirirlər. İş onsuz da genişdir. Orada yeganə təqsirləndirilən şəxs Akif Çovdarov deyil.
 
– Akif Çovdarov MTN-in ən böyük idarəsinin rəisi olub. Ən çox şikayətlər də həmin idarədən və məhz Akif Çovdarovdan olub.
– Orada böyük idarələr bir neçə olub. Bu gün həbsdə Teymur müəllim, Sübahir müəllim də var. Onlar da generallardır. Belə götürəndə onlar da özlərinə görə idarə rəisi, vəzifəli şəxs olublar.
– Akif Çovdarov Eldar Mahmudovun  istintaqdan kənar qalması haqda nə deyir? 
-Heç bir fikir deməyib. Mən də soruşmamışam. Yəni mən Akif Çovdarovu müdafiə edirəm, nəyimə lazımdır ki, kim bayırda qalıb, kim həbs olunub? Mənə lazımdır ki, Akif Çovdarova qarşı prosessual pozuntu olmasın. Bir də əgər ittiham əsassızdırsa, bunu faktlarla sübuta yetirim. Ondan o yana mənim aidiyyətim yoxdur.
 
– Bu günə qədər müvəkkilinizə qarşı prosessual pozuntular olub?
– Hələ ki yoxdur. Prosessual pozuntular olanda vəsatətimi verirəm.
– Belə məlumatlar vardı ki, Akif Çovdarov həbs olunanda əlinə qandal vurulmasına etiraz edib. General olduğunu deyib, buna etiraz səsini qaldırıb… 
– Bu məlumat düz deyildi. Yazdılar ki, Bakı Apelyasiya Məhkəməsində belə bir məsələ olub, deyib ki, mən generalam. Belə bir şey olmamışdı. Biz ümumiyyətlə apelyasiya şikayəti verməmişdik.
– Niyə verməmişdiz?
– Bilirdik ki, mətbuat gələcək, gəlib şəkil çəkəcəklər. Artıq suallar olacaq. Əvvəlcədən onu da bilirdik ki, həbs qərarının dəyişdirilməsi üçün verəcəyimiz apelyasiya şikayəti təmin olunmayacaq. Bu mənasız bir iş idi, mətbuat gəlib çəkəcək. Ona görə də apelyasiya şikayəti vermədik.
 
– Bu hüququnuzdan istifadə etmək fikriniz var?
– Artıq müddət ötüb, apelyasiya şikayəti verə bilmərik.
– Mətbuatda Akif Çovdarovun adı daim çəkilib, mətbuatın onun fotosunu çəkəcəyi nəyi dəyişəcəkdi?
– İstəmədi ki, onu belə çəksinlər.
– Akif Çovdarovun adı mətbuatda “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində, “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin döyülməsində, Eynulla Fətullayevin şərlənərək həbs olunmasında və digər çeşidli cinayət olaylarında “baş qəhrəman” kimi çəkilib.   
– Mən bu məsələlərlə bağlı nəsə demək istəmirəm.
– Jurnalistlərin öldürülməsi, döyülməsi, şərlənərək həbsi ilə bağlı epizodlar araşdırılırmı?
– Bu günə qədər araşdırma predmeti deyil. Sonra nə olacaq deyə bilmərəm.
 
– Dediniz ki, günlərlə iş üzrə zərərçəkənlərlə üzləşdirmələr keçirilir. Akif Çovdarov həmin zərərçəkənlərə qarşı törətdiklərini təsdiqləyir? 
– Mən iltizam vermişəm. Ona görə də hər şeyi danışa bilmərəm. İş məhkəməyə gedəndə hamı görəcək ki, hansı işlərdən söhbət gedir.
 
– Akif Çovdarovu vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edirlər. Konkret nədə ittiham olunub? Vəzifəsini aşıb kimisə dinləyib, yoxsa kimlərisə qanunsuz həbs edib?
 
– Akif Çovdarovun qanunsuz dinləmələrə aidiyyəti yoxdur. O, dinləmə idarəsinin rəisi olmayıb ki… digər ittihamlardır.
– Akif Çovdarov necə hesab edir, ittihamlar əsaslıdır? 
– Mən bu haqda  nəsə demək istəmirəm. Akif Çovdarov həbs olunan ilk vəzifəli şəxs deyil ki… Ondan vəzifəcə qat-qat artıq olan şəxslər həbsdə olub.
 
– Onun sağlıq durumunda problemlərin olması haqda məlumatlar vardı. Necədir Akif Çovdarovun durumu? 
– Bununla bağlı nəsə demirəm. Demirəmsə də, bunun da səbəbi var.
– Adətən həbsə alınanlar həkimsizlik problemindən şikayətlənirlər. Müvəkkiliniz vaxtı-vaxtında həkim xidmətindən istifadə edə bilir? 
– Şikayəti yoxdur. Hazırda sağlığında kifayət qədər problemləri var, özü də çox böyük problemlərdir. Bununla bağlı sənədləri istintaqa da, Penitensiar Xidmətə də təqdim etmişəm. Bilirlər, məlumatlıdırlar.
– Müvəkkilinizin ağır şəkər xəstəsi olması haqda xəbərlər vardı.
– Şəkər deyil, onun xəstəliyinin yanında şəkər elə-belə şeydir. Dərinə getməyin, verdiyiniz suallara cavab verə bilmirəm. Əgər mənə nə vaxtsa deyilsə ki, çıx mətbuata sağlığımla bağlı açıqlama ver, onda bu haqda danışarıq.
– Akif Çovdarov kamerada tək saxlanılır? 
– Yox, onunla digər şəxs də saxlanılır.
– Həmin məhbus da MTN əməkdaşıdır?
– Yox, həmin şəxs MTN işçisi deyil. Bildiyim qədər  MTN işində tutulanlar iki nəfərlik kameralarda saxlanılır. Amma heç biri MTN-dən olan təqsirləndirilənlə birgə saxlanılmır.
 
Previous Post

“General Akif Çovdarovun elə bir xəstəliyi var ki…”

Next Post

Politoloq Elxan Şahinoğlu:”Türkiyənin zəifləməsi Qərbin maraqlarına böyük zərbə vuracaq”

Bənzər yazılar

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri...

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11

Bu gün İtaliyanın Siciliya adasının qərbindəki Marsala yaxınlığında sahildə nadir ikili su tornadosu yaranıb. Elchi.az "Euronews"a istinadən xəbər verir ki,...

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07

Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar...

Next Post

Politoloq Elxan Şahinoğlu:"Türkiyənin zəifləməsi Qərbin maraqlarına böyük zərbə vuracaq"

Politoloq Elxan Şahinoğlu:"Türkiyənin zəifləməsi Qərbin maraqlarına böyük zərbə vuracaq"

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.