G7 və NATO ölkələrinin liderləri Ukrayna ilə sərhəddə yerləşən kənddə raket qəzasının araşdırılmasında Polşaya hərtərəfli dəstək verməyə hazır olduqlarını bildiriblər. Elchi.az xəbər verir ki, bu barədə çərşənbə günü insidentlə bağlı onların Balidəki görüşündən sonra yayılan bəyanatda deyilir.
“Biz Polşanın şərqində Ukrayna ilə sərhəd yaxınlığında baş verən (raket) partlayışını müzakirə etdik. Polşada davam edən araşdırmada tam dəstəyimizi və köməyimizi təklif edirik. İstintaq zamanı atılacaq növbəti addımları müəyyən etmək üçün yaxından əlaqə saxlamağa razılaşdıq”, – sənəddə deyilir.
Liderlər həmçinin həlak olanların ailələrinə başsağlığı veriblər.
Danışıqlarda ABŞ prezidenti Co Bayden, Yaponiyanın baş naziri Fumio Kişida, Böyük Britaniyanın baş naziri Rişi Sunak, Kanadanın baş naziri Castin Trüdo, Fransa prezidenti Emmanuel Makron, Avropa Şurasının sədri Şarl Mişel, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, İspaniya naziri Pedro Sançes, Hollandiyanın baş naziri Mark Rutte, İtaliyanın baş naziri Corc Meloni iştirak edib.
Yeganə