“Report”un Qərb bürosunun məlumatına görə, xəstəxanaya yerləşdirilən, göstərilən tibbi yardımlara baxmayaraq, 1990-cı il təvəllüdlü Həsənov Elçin Ədalət oğlunun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi barədə hələ ki, məlumat yoxdur.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin “Gəj zavodu” adlanan ərazisinin yaxınlığında baş verib.
Şəhər sakini, 1990-cı il təvəllüdlü Həsənov Elçin Ədalət oğlu hələ ki, bilinməyən səbəbdən bıçaqlanıb. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb. Cərrahiyə əməliyyatı olunan yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, daha əvvəl Gəncədə ər arvadını bıçaqlayıb.