Gəncədə 68 yaşlı qadın özünü 9-cu mərtəbədən atıb

🗓 23.07.2014 12:57 ✍️ "Elçi" qəzeti
Gəncə şəhərində intihar hadisəsi baş verib. Gəncə şəhər Prokurorluğundan APA-nın qərb bürosuna verilənimg1250838 məlumata görə, hadisə şəhərin yeni Gəncə yaşayış massivində, ev 24 B, mənzil 18-də qeydə alınıb.
Sözügedən ünvanda yaşayan, 1946-cı il təvəllüdlü Tağıyev Firuza Məmməd qızı özünü 9 mərtəbədə yerləşən mənzilin eyvanından ataraq intihar edib. Prokurorluqdan bildirilib ki, F.Tağıyevanın psixi xəstəlikdən əziyyət çəkdiyinə görə intihar etdiyi güman edilir. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma gedir.

Bənzər yazılar