"Gədəbəydə baş verənlər, ekologiya üçün ciddi təhlükədir" - ekoloq

🗓 24.06.2023 15:24 ✍️ "Elçi" qəzeti
"Gədəbəydə baş verənlər, ekologiya üçün ciddi təhlükədir" - ekoloq
"Gədəbəydə baş verənlər bir daha çevrədən sorumlu olan nazirliyimizin işinə ciddi yanaşmadığını göstərir. Qızılın emalı ciddi kimyəvi proseslə gedir və əsas rolu zəhərli maddə oynayır". Bu sözləri Elchi.az-a açıqlamasında ekoloq Qorxmaz İbrahimli deyib. O, həmçinin əlavə edib: "Bu prosesdə ətrafa ciddi zəhərli və zərərli maddələr atılır. Su ilə qarışıq olduğundan təhlükəsi böyükdür. Bu prosesin müasir texnologiyalarla mümkün qədər az zərər verməklə gerçəkləşməsi mümkündür. Monitorinqin aparılmadığını və ya ictimaiyətə bilgi verilmədiyini nəzərə alsaq, hansı təsir dərəcəsi olduğunu deyə bilmərik". Havar Şəfiyeva

Bənzər yazılar