“İstedad və Uğur” təhsil fondunun bədii rəhbəri Hans-Yoahim Frey Rusiyanın tərəfində olduğunu bildirib.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, o, bu bardə “Rossiya 24” telekanalı tərəfindən yayımlanan dövlət mükafatlarının təqdim edilməsi mərasimində iştirak edərkən bildirib.
Frey qeyd edib ki, o, rus mədəniyyətini, adət-ənənələrini və ölkənin tarixini sevir.
Qeyd edək ki, H.Y.Frey tanınmış alman opera rejissoru və prodüseridir. O, 2022-ci ildə Rusiyada qalmağa qərar verib.
Yeganə