Fransada Versal Hospital Mərkəzinə edilən kiberhücumdan sonra 6 xəstə başqa xəstəxanalara köçürülüb.
Elchi.az xəbər verir ki, Fransa mətbuatında çıxan xəbərə görə, İvelin əyalətində müxtəlif xəstəxana və qurumların yaratdığı Versal Xəstəxana Mərkəzi şənbə günü axşam saatlarında kiber hücuma məruz qalıb.
Hücuma görə məsuliyyəti bir qrup haker öz üzərinə götürüb.
Davam edən hücum səbəbindən indiyədək 6 xəstə bölgədəki digər xəstəxanalara köçürülüb.
Bəzi əməliyyatların ləğv edildiyi xəstəxanaya yeni xəstələrin qəbulu da azalıb.
3000 işçisi olan xəstəxana mərkəzinin elektron poçtla əlaqəsi də kəsilib.
Hadisə ilə bağlı Versailles Hospital Center nəzdində böhran bölməsi yaradılıb və kiberhücumla bağlı aidiyyatı orqanlara şikayət edilib.
Fransanın səhiyyə naziri Fransua Braun dünən bildirib ki, hücum bütün xəstəxananın yenidən təşkilinə səbəb olub.
Şayəstə