Fransada nəqliyyat sektorunun işçiləri ölkə daxilində tətil aksiyası keçirirlər. Etirazlarda tələbələrlə yanaşı işçilər də iştirak edir.
Elchi.az xəbər verir ki, Fransanın ən böyük həmkarlar ittifaqı CGT-nin çağırışı ilə nəqliyyat sektoru işçiləri ölkə daxilində işi dayandırır.
İşçilər maaşların artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə şəhər mərkəzlərində etiraz aksiyası keçirirlər.
Lisey şagirdləri də məktəblərin girişini bağlayaraq etirazlara dəstək verirlər.
Tətildə ən sıx iştirak paytaxt Parisdə metro və avtobus xəttinin işçiləri olub.
Şəhərdə metro və şəhərətrafı qatar xidmətlərinin üçdə ikisi xidmətini dayandırıb.
Tətillə əlaqədar şəhərlərarası nəqliyyatın da kəsiləcəyi gözlənilir.
Şayəstə