Fransada miqrant düşərgəsində yanğın baş verib

37

Fransanın paytaxtı Parisin də daxil olduğu İle-de-Frans bölgəsindəki Fren şəhərindəki qaçqın düşərgəsində baş verən yanğınla əlaqədar 150 qeyri-qanuni miqrant təxliyyə edilib.
Elchi.az Fransanın BFMTV telekanalına istinadən xəbər verir ki, qeyri-qanuni miqrantların qaldığı düşərgədə yanğın baş verib.
Əraziyə gələn 100-ə yaxın xilasedicinin müdaxiləsi ilə yanğın nəzarət altına alınıb.
İle-de-Frans bölgəsindəki Fresnes şəhərindəki düşərgədə qalan 150 qeyri-qanuni miqrant yanğınla əlaqədar təxliyə edilib.
Yanğınla bağlı araşdırmalara başlanılıb.

Şayəstə