İyunun 27-də 17 yaşlı Nael M-nin polis tərəfindən öldürülməsi ilə əlaqədar başlayan etirazlar 5-ci günə daxil olan Fransada dünən 719 nəfər saxlanılıb.
Elchi.az xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyinin açıqladığı məlumatlara görə, ötən gün ölkə daxilində davam edən etirazlarda 719 nəfər saxlanılıb, 45 polis və jandarm yaralanıb.
Fransa mətbuatında yer alan xəbərə görə, etirazçılar L’Hay-les-Rose bələdiyyə sədri Vincent Jeanbrunun evini yanan avtomobillə hədəfə alıblar. Hücum zamanı ailə üzvləri yaralanarkən, prokurorluq “qəsdən adam öldürməyə cəhd” maddəsi ilə araşdırma başlatdı.
Şayəstə Hüseynova