Fransada məlum olub ki, ABŞ-ın texnologiya nəhəngi Apple şirkətinə qarşı “cihazların təmirini çətinləşdirdiyinə və planlaşdırılan nasazlıqlara görə” istintaq açılıb.
Elchi.az xəbər verir ki, Paris Prokurorluğu 2022-ci ilin dekabrında elan etdi ki, Rəqabət, İstehlak və Fırıldaqlığın Qarşısının Alınması üzrə Baş Müdirliyinin) Milli İstintaq Xidməti HOP (Stop Planned Disfunksiya) Assosiasiyası tərəfindən şirkətə qarşı edilən şikayət əsasında hüquqi fəaliyyətə başlayıb.
İddia Apple-ı “cihaz hissələrinin təmirində onlarla müdaxilə etməkdə və icazəsiz xidmətlərin təmirini çətinləşdirən praktikaları diktə etməkdə” günahlandırır.
Şirkət avadanlıqları münasib qiymətə və vaxta görə istifadəçiyə təqdim etməməkdə ittiham olunur.
2020-ci ildə Apple, istifadəçiləri aldatdığı üçün Fransada açılan istintaqı bağlamaq üçün 25 milyon avro cərimə ödədi.
Nuranə Məmmədova