Kadırov “Abrams”-ı uşaq pedallı maşın adlandırıb

141

Çeçenistan rəhbəri Ramzan Kadırov əmindir ki, Amerikanın “Abrams” tankları modernləşdirilmiş və performans baxımından təkmilləşdirilmiş Rusiyanın “T-72” zirehli maşınlarına tab gətirə bilməz.

Elchi.az Vesti.ruya istinadən bildirir ki, Kadırov bu barədə “Telegram” hesabında yazıb.

Kadırov “Abrams”-ı “uşaq pedallı maşını” hesab edir.

Çeçenistan rəhbəri əmindir ki, Rusiya texnikası döyüş gücü, nəzarət, mühafizə və istifadənin asanlığı baxımından Qərb texnikasından üstündür. Kadırovun fikrincə, döyüş maşınının tanınan və qorxulu görünüşü də vacibdir.

Yeganə