Fransa Daxili İşlər Naziri Darmanin bildiribki, etirazlara görə bir gecədə 667 nəfər saxlanılıb.
Elchi.az xəbər verir ki, iyunun 27-də Parisin Nanter qəsəbəsində 17 yaşlı yeniyetmənin polis tərəfindən güllələnərək öldürülməsindən sonra Fransada baş vermiş iğtişaşlar zamanı yanvarın 30-u cümə günü gecə saatlarında 660-dan çox adam saxlanılıb.
Bu barədə ölkənin daxili işlər naziri Cerald Darmanin məlumat verib.
“Dünən gecə polisimiz, jandarmımız və yanğınsöndürənlərimiz cəsarətlə nadir zorakılıqla üzləşdilər. Qətiyyətli tədbirlərin görülməsi ilə bağlı göstərişimlə 667 nəfər həbs edilib”, – idarə rəisi özünün “Twitter” hesabında yazıb.
Gecə iğtişaşlar nəticəsində 250-yə yaxın polis əməkdaşının yaralandığı da bildirilir.
Şayəstə Hüseynova