Fransa və İtaliya Nigerdəki çevrilişdən sonra vətəndaşlarını təxliyə ediblər. İtaliya Müdafiə Nazirliyi ölkəyə 99 sərnişinin gəldiyini açıqlayıb. Fransa mediası vətəndaşları daşıyan üç təyyarədən birincisinin Parisə gəldiyini açıqlayıb.
Nigerdəki çevrilişdən sonra dünən İtaliya və Fransa ölkədəki vətəndaşlarını təxliyə etmək qərarına gəlib.
Elchi.az xəbər verir ki, İtaliya Müdafiə Nazirliyindən verilən açıqlamada təxliyyə əməliyyatının tamamlandığı bildirilib və “Əməliyyat” başa çatıb. Əməliyyat İtaliya Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin əməkdaşlığı ilə nəticələnib.
Fransa mətbuatı Nigerdən havaya qalxan üç təyyarədən birincisinin paytaxt Parisə eniş etdiyini yazıb. Bildirilib ki, Nigerdəki 1200 Fransa vətəndaşından 600-ü evakuasiya tələb edib. Bildirilib ki, təyyarələrdə digər Avropa ölkələrinin vətəndaşları da olub.
Nuranə Məmmədova