Ukraynaya qoşun yeritmək ehtimalı ağılsızlıqdır, çünki bu, Fransanı münaqişənin iştirakçısına çevirəcək. Elchi.az xəbər verir ki, bunu “Invictus France” partiyasının qurucusu Jan-Lük Melenşon “X” sosial şəbəkəsində bildirib.
“Rusiyaya qarşı müharibə dəlilik olardı. Bir nüvə dövlətinin digər böyük nüvə dövlətinə qarşı bu sözlü döyüşkən eskalasiyası artıq məsuliyyətsiz hərəkətdir”, – deyə siyasətçi hesab edir.
Melenchon həmçinin əlavə edib ki, indi münaqişənin sülh yolu ilə həllini axtarmaq və danışıqlara başlamaq lazımdır.
Havar Şəfiyeva