Avstraliyalı milyarder Endryu Forrest minalardan təmizlənməsi üçün Ukraynaya 3,3 milyard dollar göndərmək qərarına gəlib. Elchi.az xəbər verir ki, bu barədə “9News” telekanalı məlumat yayıb.
Kanalın məlumatına görə, pulu milyarderin keçmiş həyat yoldaşı Nikola da göndərəcək. onların Minderoo Fondu Ukraynanın əkin sahələrinin minalardan təmizlənməsi üçün 5 milyon Avstraliya dolları ayıracaq.
Forrestin sözlərinə görə, ukraynalı fermerlər torpaqlarına qayıda bilmirlər, çünki onlar indi minalara görə təhlükəlidirlər. Nikola Forrest də öz növbəsində bildirib ki, Ukraynada minalanmış ərazi ölkə ərazisinin 25 faizini təşkil edir. O, həmçinin kənd təsərrüfatı sektoruna yardımın vacibliyini qeyd edib.
Havar Şəfiyeva