Varşava Polşa qoşunlarını Ukrayna ərazisinə göndərməyi planlaşdırmır, lakin Kiyevə hərbi dəstəyi davam etdirməyi hədəfləyir. Elchi.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk çexiyalı həmkarı Petr Fiala ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında “TVPInfo” kanalında bildirib.
“Polşa Ukrayna ərazisinə öz hissələrini göndərməyi planlaşdırmır”, – siyasətçi bildirib. Onun sözlərinə görə, Polşa Ukraynaya hərbi dəstək verməkdə davam edəcək, eyni zamanda Qərbin yardım tədarükünün “kifayət qədər olmadığını” – qeyd edəcək.
Bundan əvvəl Polşa milli müdafiə nazirinin müavini Sezari Tomçik də bəyan etmişdi ki, Varşava öz qoşunlarını Ukraynaya göndərməkdən imtina edir.
“Polşada belə bir layihə və ya ideya yoxdur” deyə o, müvafiq suala cavab verib və əlavə edib ki, təhlükəsizlik məsələləri “çox həssas” olaraq qalır.
Bundan əvvəl Makron bildirib ki, Avropa ölkələrinin təhlükəsizliyini təmin etmək üçün Rusiyanı məğlub etmək lazımdır.
Havar Şəfiyeva