Fransanın xarici işlər naziri Ketrin Kolonna bəyan edib ki, suveren dövlətlər öz müttəfiqlərini sərbəst seçmək hüququna malikdirlər və buna görə də onlar Ukraynanın NATO-ya daxil olmasının tərəfdarıdırlar.
Elchi.az xəbər verir ki, Kolonna Norveçin paytaxtı Osloda keçirilən NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısının girişində çıxış edib.
İclasın əsas mövzusunun Ukrayna-Rusiya müharibəsi olacağını açıqlayan Kolonna, Alyansa bağlı ölkələrin Ukrayna ilə bağlı ardıcıl və məsuliyyətli davranması lazım olduğunu vurğulayıb.
Ölkələrin Ukraynaya qarşı təhlükəsizlik öhdəliklərinə üstünlük verməsi lazım olduğuna işarə edən nazir Kolonna, “Bütün suveren dövlətlərin öz müttəfiqlərini sərbəst seçmək hüququna malik olduğu beynəlxalq hüququn sadə prinsipini xatırlatmalıyam. Bu prinsipə hörmət etməkdə qərarlıyıq” ifadəsini işlətdi.
İclasda İsveçin NATO-ya üzvlüyünü də müzakirə edəcəklərinə işarə edən Kolonna, İsveçin Alyansda iştirakının müşahidəçi olmaqla yanaşı, Finlandiyada olduğu kimi Avropanın da təhlükəsizliyini gücləndirəcəyini bildirib.
Ketrin Kolonna görüşün gündəmində Kosovonun şimalındakı gərginliyin də olduğunu bildirib və hadisələrə görə Kosovo və Serb tərəfinin məsuliyyət daşıdığını qeyd edib.
Tərəflərin Avropa Birliyinə üzv olmaq arzusu varsa, “məsuliyyətlə hərəkət etmələri” lazım olduğunu bildirən Kolonna tərəfləri “sülhü təmin etmək üçün mümkün qədər tez danışıqlar masasına qayıtmağa” çağırıb.
Şayəstə Hüseynova