Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko MDB ölkələrinin kəşfiyyat orqanlarının rəhbərləri ilə görüşündə bildirib ki, Qərb ölkədə hakimiyyəti devirmək üçün güclü ssenari hazırlayır.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, bu barədə “Belta” agentliyi bildirib.
“Polşada, Litvada və təəssüf ki, Ukraynada qeyri-qanuni silahlı birləşmələrin üzvlərinə təlimlər keçirilir, birbaşa ölkədə fəaliyyətsiz ekstremist hüceyrələr yaratmağa cəhdlər edilir… Yəni, biz dəyişiklik üçün güclü ssenari hazırlayırıq. Biz bunu görürük. Hakimiyyət ölkədə hadisələrin belə inkişafına imkan verməyəcək”.
Qeyd edək ki, Minskdə MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının iclası keçirilir. Tədbirdə əsas müzakirə mövzuları arasında beynəlxalq terrorizmə qarşı mübarizədə əməkdaşlıq və qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılması, həmçinin iştirakçı ölkələrin informasiya əməkdaşlığının dərinləşdirilməsi də yer alıb.
Yeganə