Fransa Ukrayna məsələsində Çinlə əməkdaşlığı gücləndirməyə hazır olduğunu açıqlayıb

83

Fransa Ukrayna məsələsində Çinlə əməkdaşlığı gücləndirməyə hazırdır. Elchi.az xəbər verir ki, bunu Fransanın Xarici İşlər Naziri Ketrin Kolonna Parisdə çinli həmkarı Qin Qanq ilə görüşündə deyib.

Nazirin qeyd etdiyi kimi, Çin bütün dünyada sülhün və sabitliyin təmin edilməsində mühüm rol oynayır. Fransa təkcə Ukrayna ilə bağlı deyil, digər mühüm beynəlxalq və regional məsələlər üzrə də əməkdaşlığı gücləndirməyə hazırdır.

Qin Gang qeyd edib ki, Ukrayna probleminin həllində Çinin çıxış nöqtəsi Çin sədri Si Cinpinin irəli sürdüyü müddəalardır.

Havar Şəfiyeva