ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezident seçkilərində seçiləcəyi təqdirdə Ukraynadakı münaqişəni 24 saat ərzində dayandıracağına söz verib. Elchi.az xəbər verir ki, o, bunu CNN telekanalında ToVn Hall proqramında iştirakçıların suallarını cavablandırarkən deyib.
Tramp vurğulayıb ki, o, “qazanmaq və ya uduzmaq” kateqoriyalarında deyil, “qətiyyət kateqoriyaları”nda düşünür.
Bunu tam olaraq necə etmək niyyətində olduğundan danışan Tramp Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski ilə görüşəcəyini bildirib. “Onların hər birinin öz güclü və zəif tərəfləri var. və 24 saat ərzində həll olunacaq, bitəcək”, – deyə siyasətçi yekunlaşdırıb.
Havar Şəfiyeva