Fransanın BMT-dəki daimi nümayəndəsi Nikola de Rivyer Təşkilatın Təhlükəsizlik Şurasının iclasında Rusiya və Ukrayna arasında münaqişənin mümkün nəticələrini şərh edib. Elchi.az bu barədə RİA Novostiyə istinadən xəbər verir.
Rivyere Rusiyanın nə gözlədiyi və Qərbin Ukraynaya silah tədarükünün dayandırılmasına ümid edib-etmədiyi ilə maraqlanıb. Onun sözlərinə görə, bu hərəkətlərin ardınca yeni təcavüz ola bilər. Buna görə də o, Moskvanın qələbəsinə imkan verməməyə çağırıb.
Qeyd edək ki, bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Rusiyanın Ukrayna münaqişəsində uduzduğunu açıqlamışdı.
Havar Şəfiyeva