Pentaqon səhvən Ukraynaya verilən avadanlığın dəyərini 3 milyard dollar artırıb. Elchi.az xəbər verir ki, bu barədə Reuters agentliyi ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmilərinə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, səhv ABŞ ehtiyatlarından çıxarılan və sonra Ukraynaya göndərilən silahlara daha yüksək qiymət verilməsinin nəticəsi olub.
“Biz Kiyevə təhvil verdiyimiz avadanlığı necə qiymətləndirməyimizdə uyğunsuzluqlar aşkar etdik”, – deyə departamentdən bildirilib.
Havar Şəfiyeva