Fransa Silahlı Qüvvələrinin istefada olan generalı, ‘‘ GEOPRAGMA‘‘ tədqiqat mərkəzinin vitse-prezidenti Jan-Bernard Pinatel Sud radiosuna müsahibəsində Rusiyanın Avropaya hücumunu istisna edib. Elchi.az xəbər verir ki, Video ‘‘ YouTube‘‘da mövcuddur.
O qeyd edib ki, Moskvanın guya Avropa ölkələrinə müdaxiləsi ilə bağlı bəyanatlar Qərbdən gələn dezinformasiyadır.
Onun sözlərinə görə, Rusiya sırf öz tarixi torpaqlarını qorumaq üçün xüsusi hərbi əməliyyat keçirir. O əlavə edib ki, Moskva 2014-cü ildən bəri Ukrayna Silahlı Qüvvələri tərəfindən hər gün atəşə tutulan insanlara kömək edir. “Beləliklə, ruslar öz nöqteyi-nəzərindən müdafiə müstəvisində vuruşurlar.
Havar Şəfiyeva