Fransa prezidenti Emmanuel Makron ölkənin nazirlərindən Milad bayramı günlərində “istirahət yerini nazirlik funksiyalarına müvafiq seçməyi” və xaricə getməməyi tələb edib. Dövlət başçısının bu təmimnaməsi nazirlərə 30 noyabr tarixində göndərilib.
Oxu.Az “Le Parisien” nəşrinə istinadən xəbər verir ki, bunu Fransa hökumətinin rəsmi nümayəndəsi Benjamen Qrivo bildirib.
O vurğulayıb ki, Makron nazirlərdən Parisdən uzağa getməməyi və daima əlaqədə olmağı da tələb edib.
Qəzetin məlumatına görə, Fransa prezidenti Milad bayramını ölkənin şimalında yerləşən Tuke kommunasında qeyd etməyi planlaşdırır. Qeyd edilir ki, rəsmi qrafikin olmamasına baxmayaraq, Makronun tətil zamanı da işini davam etdirəcəyi gözlənilir.