Fransada Dövlət Şurası məktəblərdə abaya (uzun paltar) qadağasının dayandırılması tələbini rədd edib.
Elchi.az xəbər verir ki, dövlət şurası Təhsil Nazirliyinin məktəblərdə abaya qadağası ilə bağlı qərarına etirazı dəyərləndirib.
Məhkəmə bu qadağanın “şəxsi həyata hörmət, ibadət və təhsil hüquqlarını, habelə ayrı-seçkiliyə qarşı prinsipi” pozmadığını əsas gətirərək məktəblərdə abaya qadağanı təsdiqləyib.
Danıştay öz qərarında qız tələbələrin abaya adlı uzun paltarı, kişi tələbələrin isə kami adlı paltarı dini səbəblə geyindiyini və bu məqsədlə istifadə etdiyini müdafiə edib.
Məhkəmə qeyd edib ki, qanunvericilik məktəblərdə şagirdlərə dini mənsubiyyətini göstərən simvol və ya geyim geyinməyi qadağan edir.
Şayəstə Hüseynova