Yle: Finlandiyada Rusiya ilə sərhəddə quduzluq peyvəndi səpirlər
Finlandiyanın Rusiya ilə sərhəddə yerləşən cənub-şərq bölgələrinə təyyarədən yeməli quduzluq peyvəndi atılmağa başlayıb. Bu barədə Finlandiyanın Yle nəşri məlumat yayıb.
Elchi.az xəbər verir ki, nəşrin məlumatına görə, vaksin heyvanlar üçün nəzərdə tutulmuş yeməli kütləli briketlərdən ibarətdir. Qida Təhlükəsizliyi Agentliyi xəbər verir ki, bu yolla ölkədə quduzluq xəstəliyinin yayılmasının qarşısını almaq olar.
Peyvənd cənub sahilində şərq sərhədindən Pıxtaya qədər, həmçinin İlomantsi və Virolahti arasındakı ərazilərdə paylanır.
Xatırladaq ki, Finlandiya quduzluqdan azad ölkə hesab olunur. Bu xəstəlik 1991-ci ildən respublikada qeydə alınmamışdır.
Şayəstə Hüseynova