Fransa Avropa İttifaqının (Aİ) Ukraynaya hərbi dəstək missiyası çərçivəsində Ukrayna qüvvələrinə təlim keçmək üçün Polşaya 150 təlimçi göndərəcək.
Elchi.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukas Jasina “Twitter” hesabındakı paylaşımda qeyd edib.
Jasina Fransanın 2022-ci ilin oktyabrında Aİ-yə üzv dövlətlərdəki mərkəzlərdə 15 min əsgərə təlim keçmək məqsədi ilə Ukraynaya Hərbi Yardım Missiyası yaratdığını xatırladıb.
Sözügedən missiya çərçivəsində iki əməliyyat komandanlığından birinin Polşada, digərinin isə Almaniyada olduğunu deyən Jasina həmçinin qeyd edib:
“Fransa Aİ-nin Ukraynaya Hərbi Yardım Missiyası çərçivəsində Polşaya 150 əsgər göndərəcək. Bu əsgərlər hərbi əməliyyatlarda iştirak edəcək və Ukrayna əsgərlərinə təlim keçiləcək”
Yeganə