Fransa Afrikadakı hərbi mövcudluğunu azaldacaq

91

Fransa, çox güman ki, Afrikadakı hərbi mövcudluğunu azaldacaq. Elchi.az “Defence One” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi Stefan Mil bildirib.

“Fransa, yəqin ki, gələcəkdə Afrikadakı qüvvələrini azaldacaq. Biz Sakit Okeanda getdikcə daha çox ərazini əhatə edirik”, – Fransa ordusu bildirib.

O, həmçinin əlavə edib ki, Qərbi Afrika ilə hərbi əməkdaşlığın azaldılması bölgədən yekun olaraq geri çəkilmək demək deyil. Mayls Fransanın Sahel bölgəsində terrorla mübarizə əməliyyatlarında iştirakını davam etdirəcəyini vurğulayıb.

Bundan əvvəl Fransanın Lampeduza adasına miqrant axını səbəbindən İtaliya ilə sərhədə qoşun yeridəcəyi məlum olub. Paris həmçinin sərhədə nəzarət etmək üçün pilotsuz təyyarələr göndərmək və Alpes-Dənizlərdə dörd mobil bölmə yerləşdirmək qərarına gəlib.

Havar Şəfiyeva