ABŞ münaqişəni davam etdirmək üçün Ukraynanı silahla doldurur. İran prezidenti İbrahim Rəisi Vaşinqtonu ittiham edib. Elchi.az xəbər verir ki, onun sözləri İran hökumətinin “Telegram” kanalında yayımlanıb.
“Amerika xalqının vergisi münaqişəni qızışdırmaq üçün silah fabriklərinin sahiblərinin ciblərini doldurmağa xərclənir”- deyə o bildirib.
Bundan əvvəl Raisi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasında Ukraynadakı münaqişəyə qarşı çıxış edib və Moskva ilə Kiyev arasında danışıqlarda Tehranın vasitəçiliyini təklif edib.
Havar Şəfiyeva