"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İDMAN

Formula 1-in sahibi Azərbaycanı ciddi tənqid edib

16 Mart 2017 - 18:58
in İDMAN
FacebookVatsap

Greg Maffei Azərbaycanı, yarışlardan təqvimi doldurmaq üçün istifadə etməkdə ittiham edibGreg Maffei Azərbaycanı, yarışlardan təqvimi doldurmaq üçün istifadə etməkdə ittiham edib

Formula 1-in sahibi, Liberty Medianın rəhbəri Azərbaycan Grand Prix-i barəsində ciddi tənqid yayaraq bildirib ki, ölkə “uzunmüddətli marka və sağlam biznes yaratmaq üçün heç bir şey etmir”.

Bunu da oxuyun

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Ötən həftə baş tutan konfranslardan birində Liberty-n baş icraçı direktoru Greg Maffei Azərbaycanı, yarışlardan təqvimi doldurmaq üçün istifadə etməkdə ittiham edib.

O deyib ki, yeni yarışlara imza atmağın arxasında bunlar dayanır: “Daha nə qədər qazana bilərəm? İlkin ödəniş nə qədərdir? Və beləliklə, Azərbaycanın Bakı şəhəri kimi yerlərdə yarış üçün bizə böyük məbləğdə pul ödənir, lakin, onlar uzunmüddətli marka və sağlam biznes yaratmaq üçün heç bir şey etmirlər. İşimiz, yaxşı pul ödəyən partnyor tapmaqla yanaşı, həm də onların bizim məhsulu inkişaf etdirmək üçün köməyindən ibarətdir.”

On milyonlarla dollar xərcləyən müştəri haqqında bu cür nüfuzlu şirkətin böyüyünün hörmətsiz ifadələr istifadə etməsi qeyri-adidir.

Azərbaycan Grand Prix-i üçün ilkin dəyərin 34 milyon dollar olduğu deyilir və bu, cənab Maffei-in sələfi Bernie Ecclestone-un həyata keçirdiyi fərasətli strategiya ilə idarə olunub.

“Əla yarış yolu salınıb, bizim üçün böyük həzz və gözəl qarşılanma oldu. Düşünürəm ki, halqa mükəmməl idi.”

Sebastien Vettel, Ferrari sürücüsü

Azərbaycanda Grand Prix

Azərbaycanda ilk Grand Prix paytaxt Bakının küçələrində keçən ilin iyun ayında baş tutub və yarışı Mercedes sürücüsü Nico Rosberg qazanıb.

O, eyni zamanda 2016-cı il yarışlarının da qalibi olub. Yarışda heç bir ciddi insident qeydə alınmayıb və Rosberg ilə yanaşı, digər sürücülər də şəhəri tərifləyərək “mükəmməl gün, mükəmməl həftəsonu oldu. Bizi bu cür qarşıladığı üçün Bakıdakı hər kəsə minnətdarıq. Hər şey çox gözəl idi. Əla yarış yolu salınıb. Həqiqətən həyəcanlı yarış oldu” deyiblər.

BakıFotonun müəllifiKIRILL KUDRYAVTSEV/ GETTY

İkinci yeri tutan Ferrari sürücüsü Sebastian Vettel əlavə edib: “Əla yarış yolu salınıb, bizim üçün böyük həzz və gözəl qarşılanma oldu. Düşünürəm ki, halqa mükəmməl idi.”

Azərbaycan, Haas komandasında 13-cü yeri tutan Romain Grosjean-də yaxşı təəssüratlar yaradıb: “Mən şəhərin, xüsusilə də, qədim hissəsinin gözəlliyindən yaxşı mənada təəccübləndim. Halqanı ayrıca qeyd etmək də təqdirəlayiq olar. O, mürəkkəb, sürətli və keçilməsi çətin salınıb.”

Bakıda keçirilmiş Grand Prix qalibi Nico Rosberg Bakını tərifləyib: Fotonun müəllifiMARK THOMPSON/ GETTY
Image captionBakıda keçirilmiş Grand Prix qalibi Nico Rosberg Bakını tərifləyib: “Hər şey çox gözəl idi. Əla yarış yolu salınıb”

Buna baxmayaraq, 18.500 bilet çap olunmuşdu. Soçidə baş tutan Rusiya Grand Prix-də yarış günü 60.000 insan olduğunu nəzərə alsaq, rəqəm çox aşağı sayılır.

Oğlu Arifin Grand Prix-in təşkilatçısı olduğu Gənclər və İdman naziri Azad Rəhimova əsasən, Azərbaycan, bilet satışına 2 milyon manat sərf edib və ümumi xərc 100 milyon manata çatıb.

Bilet satışı

Biletlərin 30 faizi xarici alıcılara satılıb, amma, bu ilki rəqəmlər ondan artıqdır. Bakı Şəhər Halqasının marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarainin keçən ay söylədiyinə əsasən, bu il iyunun 25-i baş tutacaq yarışın biletləri artıq 40-dan artıq ölkə üzrə satılıb.

2016-cı ildə Bakıdakı F1 ilə tarixi 24 saatlıq yarış – Le Mans üst-üstə düşmüşdü və eyni hal bu il yaşanmayacağından, ziyarətçi sayını çox olacağı gözlənilir.

Bakı ilə F1 müqaviləsi beş illik fasilə ilə 10 illik imzalanıb və keçən ay Arif Rəhimov bildirib ki, bu artıq öz bəhrəsini verməyə başlayıb, belə ki, “2016-cı ilin ilk yarısında Azərbaycana olan turist axını 20 dəfə artıb”. Maffei isə bunun F1 üçün kifayət göstərici olmadığını deyib.

“İşimiz, yaxşı pul ödəyən partnyor tapmaqla yanaşı, həm də onların bizə məhsulu inkişaf etdirmək üçün köməyindən ibarətdir. Yaxşı təcrübə tətbiq etmək isə bizim üzərimizə düşür. Bəzi yarışlar ən həyəcanlılardan hesab olunur: Abu Dabi, Sinqapur gecə yarışı, Mexiko. Bu yarışlarda yaxşı gedən nədir? Biz, daha az uğur qazanan şəhərlərdəki təbliğatçılar ilə yaxşıların təcrübəsini paylaşmalıyıq.

“Bunlar həqiqətdir. Kömək etmək, həm bizim öhdəmizə düşür, lakin, həm də söhbət yeni qoşulanın tanınmasından gedir, bu barədə onların deyəcəyi ilk söz ‘Mən ki, çox pul ödəyirəm’ olacaq. Bu bir az səs-küyə səbəb olacaq, fəqət, biz, söz-söhbəti yatırmaq və onlara kömək etmək üzərində işləyirik.”

Liberty nədir?

Liberty-nin adı, New York Nasdaq birja mübadiləsi siyahısına daxildir və Atlanta Braves beysbol komandası, eləcə də Time Warner və Viacom media şirkətlərində pay sahibidir. F1 onun ən yüksək nüfuzlu biznesidir və onu almaq üçün yanvarda CVC özəl kapital şirkətinə 8 milyard dollar ödəyib.

Təhvildən keçən bir neçə gün ərzində Liberty, F1-ə 40 ildən bəri rəhbərlik edən və 2014-cü ildə Azərbaycan Grand Prix-i ilə müqavilə imzalayan Bernie Ecclestone-u, 21st Century Fox-un sədr müavini Chase Carey ilə əvəzləyib. Liberty-n baş icraçı direktoru Greg Maffei isə F1-in sədr müavini təyin olunub.

Onlar F1-in Avropadakı ənənəvi yarışlarını qorumaq və Birləşmiş Ştatlarda yenilərini keçirmək öhdəliyi götürüblər.

Təqvimdə maksimum 25 yer mövcuddur və Ecclestone, inkişaf etməkdə olan hökumətlərin bazarlarının tender iştirakına xüsusi təkan vermişdi. Onlar Grand Prix-ə ev sahibliyi edən ölkədə F1 izləyən 390 milyon azarkeşdən turist sayını artırmaq üçün istifadə edirlər.

Bu şəhərin adını, idman xəritəsində Monakodan tutmuş 2017-ci il sezonunun iki həftə sonra açılışının baş tutacağı Melburna kimi inkişaf etmiş ölkələrlə eyni sıraya qoyur.

Əvəzində isə F1-i inkişaf etməkdə olan bazarlara daşımaqla yeni azarkeşlər yaranmağa başlayır, amma, ənənəvi yerlərin iştirak etməməsinə görə tənqid obyektinə çevrilir. Məsələn, bu il yarışlar Fransa və Almaniyada keçirilməyəcək.

Qeyd: Christian Sylt Formula 1 üzrə ixtisaslaşmış idman müxbiridir.

Previous Post

Formula 1-in sahibi Azərbaycanı ciddi tənqid edib

Next Post

Azərbaycanda məmur arvadının qabırğalarını SINDIRDI

Bənzər yazılar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

04 İyun 2026 - 10:17

2026 Dünya Kubokunda iştirak edən 48 ölkənin heyətləri yekunlaşdıqdan sonra turnirdə yarışan komandaların və oyunçuların ədədi məlumatları aydınlaşdı. Klub səviyyəsində...

“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

04 İyun 2026 - 09:33

İngiltərənin"Çelsi" futbol klubunun tarixində ən məhsuldar ikinci futbolçu olan Bobbi Tamblinq 84 yaşında vəfat edib. Bu barədə "Sky Sports" məlumat...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

UEFA pley-off qaydalarını dəyişdi

UEFA pley-off qaydalarını dəyişdi

03 İyun 2026 - 18:48

UEFA böyük turnirlər öncəsi pley-off mərhələlərinin keçirilmə formatında dəyişiklik edib. Elchi.az xəbər verir ki, Avropa çempionatının keçirilməsi ilə bağlı 17.01...

Next Post

Azərbaycanda məmur arvadının qabırğalarını SINDIRDI

Azərbaycanda məmur arvadının qabırğalarını SINDIRDI

Son xəbərlər

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

04 İyun 2026 - 16:03
Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.