Florida qubernatoru Ron DeSantis qeyri-qanuni mühacirlərin deportasiyasını asanlaşdıran “42-ci maddə”nin tətbiqi ləğv edildikdən sonra təhlükəsizliyi təmin etmək üçün Texas sərhədinə mindən çox hüquq-mühafizə orqanının göndəriləcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Florida qubernatoru Ron DeSantis tərəfindən edilən yazılı açıqlamada qeyri-qanuni mühacirlərlə mübarizə və təhlükəsizliyi təmin etmək üçün 800 Milli Mühafizəçi, 200 asayiş keşikçisi və 101 əyalət polisinin Texas sərhədinə göndəriləcəyi açıqlanıb.
Açıqlamada sərhədə əsgərlərdən əlavə 5 təyyarə, 17 pilotsuz uçuş aparatı, 2 mobil komandanlıq maşını və 10 katerin göndəriləcəyi bildirilib.
DeSantis 2021-ci ildə Texas və Arizona ştatlarının tələbi ilə ABŞ-ın cənub sərhədinə hərbi dəstək verib.
Nyu-York qeyri-qanuni miqrantları məktəblərin idman zallarına yerləşdirəcək
ABŞ-ın keçmiş prezidenti Donald Tramp administrasiyası tərəfindən 2020-ci ildə COVID-19 epidemiyası səbəbiylə qüvvəyə minən Xalq Sağlamlığı Qanununun bir hissəsini təşkil edən “Maddə 42” tənzimləməsi, humanitar müdafiə tələb edən qeyri-qanuni immiqrantların rədd edilərək Meksikaya deportasiyasıdır.
Şayəstə Hüseynova