Fizika üzrə Nobel mükafatı yaponiyalı alimlərə verilib

🗓 07.10.2014 17:10 ✍️ "Elçi" qəzeti

Bu il fizika üzrə Nobel mükafatı yaponiyalı alimlər İsamu Akasaki, Hiroşi Amano və Suji Nakamuraya verilib.Dr. Francis Crick's Nobel Prize Medal on Heritage Auctions   APA - nın məlumatına görə, alimlər bu mükafata “effektiv və səmərəli mavi işıq saçan diodların ixtirasına görə” layiq görülüblər.   İsamu Akasaki 1929-cu ildə Yaponiyada doğulub. Naqoya Universitetinin professorudur. Hiroşi Amano 1960-cı ildə doğulub, 1989-cu ildən Naqoya Universitetində çalışır, universitetin professorudur.   Suji Nakamura isə 1954-cü ildə anadan olub, Amerika vətəndaşıdır. O, hazırda Kaliforniya universitetinin professorudur.

Bənzər yazılar