"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Fırtınalı dənizdə üzən gəmi durumundayıq”

04 Aprel 2016 - 08:32
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

 “Fırtınalı dənizdə üzən gəmi durumundayıq”

Fazil Mustafa: “İslahat aparılması bilavasitə Qərblə münasibətlərin yaxşılaşdırılmasından asılı deyil”

Geridə qalan həftə bir sıra ciddi hadisələrlə zəngin oldu. Azərbaycan prezidentinin uğurlu Amerika səfərinin ardınca Azərbaycan ordusunun Qarabağ cəbhəsində düşmənə layiqli cavab verməsi ölkədə ictimai ovqata öz müsbət təsirini göstərib. Gündəmdə digər aktual mövzular da var. Bütün bunlarla bağlı Böyük Quruluş Partyasının başqanı, deputat Fazil Mustafanın baxışlarını öyrəndik.  

– Fazil bəy, Qarabağ cəbhəsində ağır döyüşlərin getdiyi bir durumda cəmiyyətin vahid mövqedən çıxış etməsi çox vacibdir. Necə bilirsiniz, indiki situasiyada iqtidar və müxalifətin birgə hansısa addımına ehtiyac varmı? 

– Bu ərəfədə iqtidar-müxalifət dialoqunun gerçəkləşməsinə xüsusi ehtiyac duyulur. Bu, həm öz cəmiyyətimizə, həm də xarici ölkələrə Qarabağ məsələsində bütün cəmiyyətin eyni mövqedə olduğunu bəyan etmək, əyani göstərmək baxımından faydalı addım olardı.

– Ötən həftə gündəmin əsas mövzularından biri dövlət başçısının Amerika səfəri və keçirdiyi görüşlər oldu. Dünyanın supergücü ilə münasibətlərdəki gərginlik normal ünsiyyətlə əvəzlənib. Bu, Azərbaycanın taleyinə nə vəd edir? Necə hesab edirsiniz, burada Azərbaycan hakimiyyəti qazandı, yoxsa bütövlükdə dövlətimiz? 

– Ölkə prezidentinin ABŞ-a budəfəki səfəri iki cəhətdən xüsusi əhəmiyyət daşıyır. İlk olaraq nüvə sammitində Azərbaycan dövlətinin növbəti dəfə təmsil olunması bir nüfuz göstəricisidir. İkincisi isə son vaxtlar Rusiyanın bölgəsəl məsələlərdə daha aktiv rol almasından sonra ABŞ-la münasibətlərin ikinci plana düşəcəyinin həqiqətəuyğun olmadığının isbatı baxımından əhəmiyyət daşıyır. Prezidentin bu tarixi fürsəti dəyərləndirərək Dağlıq Qarabağ məsələsini daha mötəbər səviyyədə gündəmə gətirməsinin də müsbət nəticələri ola bilər. Çünki ABŞ-ın rəsmi məqamlarının Azərbaycanın ərazi bütövlüyü haqqında mesajları da bu ərəfədə bizim üçün normal bir vəziyyətdən xəbər verir. Ümumilikdə isə ABŞ-la münasibətlərimizin dostluq səviyyəsində olmasına yalnız hakimiyyətin qazancı kimi deyil, həm də Azərbaycan dövlətimizin qazancı kimi baxılmalıdır.

– Amerikada Azərbaycan əleyhinə qüvvələr kifayət qədər olduğu kimi, Azərbaycanda da Rusiyanı özünə daha yaxın sayıb Amerika ilə ultimativ dillə danışanlar az deyil. Hətta ABŞ əleyhinə sanksiya qərarının qəbulu ilə bağlı təşəbbüslər də olmuşdu. Necə bilirsiniz, indiki durum onları, yaxud elə qonşu Rusiyanı razı salırmı, yoxsa növbəti sürprizlərə hazır olmalıyıq? 

– Biz onsuz da fırtınalı dənizdə üzən gəmi durumundayıq. Sağımız da, solumuz da, böyür-başımız da təhlükələrlə doludur. Bircə qardaş Türkiyə tərəfdən gələn mayakın işığını uzaqdan görüb təsəlli tapırıq. Ona görə də hansı ölkə və cinahla yaxınlaşarsaq, digər cinahlardan üzümüzə dalğalar çırpılacaq. Azərbaycanda birmənalı Amerikanpərəst və birmənalı Rusiyapərəst qüvvələrin mövcudluğu bir reallıqdır. Bunun yanında cəhalət yükümlü İranpərəst qüvvələr də mövcuddur. Ancaq Azərbaycan maraqlarını hər şeydən uca tutan kifayət qədər vətənsevər çoxluğun olması bu cinahların ölkənin taleyini dəyişəcək bir  gücə çevrilməsinə heç vaxt imkan tanımaz. Ona görə də böyük dövlətlərlə böyük-böyük danışmaqdansa, öz səs tembrimizlə danışsaq, daha az zərər görərik.

Biz kiminsə yanında yerə bərkidilmiş kresloda uzun müddət oturmaq rahatlığına sahib deyilik. Təkərli kresloda hərəkət etmək zorundayıq. Təbii ki, bizim Rusiya ilə yaxınlığımız ABŞ-ı o qədər də narahat etmir, çünki ABŞ-ın maraqlarında bizim ərazimiz deyil, onun maraqlarına zidd olmayan mövqeyimiz əsas yer tutur. ABŞ-la yaxınlığımız isə Rusiyanı daha çox rahatsız edir, çünki Rusiya özünün imperiya ambisiyalarına görə  bizim əraziyə tərəf kiminsə boylanmasına qısqanclıqla yanaşır. Ona görə də biz hansı siyasəti yeritsək, kimisə narazı salacağımızı göz önündə tutmalıyıq, lakin bunu çox da beynimizə qorxu sindromu kimi yerləşdirmədən özümüzü qane edən xarici siyasət kursunu davam etdirməliyik.

– Qərblə münasibətlərdə müsbət irəliləyişlərin müşahidə olunması şəraitində, ölkədə islahatlarla bağlı prosesin, nəhayət, sürət götürəcəyini güman edirsinizmi, yoxsa islahat əleyhdarları yenə də tormozlayıcı rol oynayacaq? 

“Bu ərəfədə iqtidar-müxalifət dialoqunun gerçəkləşməsinə xüsusi ehtiyac duyulur”

– İslahat aparılması bilavasitə Qərblə münasibətlərin yaxşılaşdırılmasından asılı deyil. Bu strateji  uzaqgörənliklə bağlı məsələdir və daha çox dövlətin gələcəyinin necə olmasını şərtləndirən düşüncənin diktəsindən asılıdır. Bu gün ölkənin qarşısında birinci məsələ təhlükəsizliyin, sabitliyin qorunmasıdırsa, bu hədəf  islahatların dərinləşəcəyini ehtiva etmir. Ancaq neftin qiymətinin aşağı düşməsi yeni iqtisadi münasibətlərin formalaşmasını tələb edirsə, o zaman daha çox sahəvi, bir qədər də sıçrayışsız islahatların aparılmasına ümid yaradır. Hər halda Azərbaycanda əsas problem inhisarçılığın buxovundan iqtisadiyyatın azad olunmasıdır və ilk addım olaraq islahatlar bu hədəfə yönəlmədikcə, devalvasiyadan sonra yaranmış vəziyyəti  müsbətə doğru dəyişmək asan olmayacaq. Hökumətin son aylarda aldığı müsbət qərarlar var, ancaq vergi siyasətində sahibkarlığın inkişafı üçün stimullaşdırıcı əsaslı dəyişikliklər baş verməyincə, bu müsbət qərarların  bəhrəsini görmək hələ ki, çətin olacaq.

– Fazil bəy, siz parlamentdə davamlı şəkildə əfv çağırışları edən deputatlardansınız. Son günlərdə bir sıra şəxslər azadlığa buraxıldı. Amma yenə də həbsdə olan tanınmış simalar var. Onlarla bağlı gözləntiləriniz nədən ibarətdir? 

– Prezidentin sonuncu  əfv  sərəncamı ilə Avropa Şurasının və beynəlxalq təşkilatların tərtib etdikləri siyahılarda yer alan şəxslərin azadlığa çıxması həm ölkə vətəndaşları, həm də beynəlxalq qurumlar tərəfindən humanist bir addım kimi qiymətləndirildi. İntiqam Əliyevin də azadlığa çıxması çox müsbət bir jest oldu.  Çox güman ki, bu siyahılarda yer alan digər bir neçə şəxs də yaxın zamanlarda azadlığa qovuşacaq. Hər halda son vaxtlar atılan addımlar buna ümid yaradır.

– Belə iddialar var ki, həbsdən buraxılanların yeri yeniləri ilə doldurulacaq. Sizin belə bir narahatlığınız varmı, yoxsa hakimiyyət yeni bir dönəm başladır? 

– Fikrimcə, hansısa hakimiyyət həbsxanada daha çox adam saxlamaqdan məmnunluq duymaz. Qanunlar çərçivəsində siyasi və ictimai fəaliyyətə hər kəs daha çox diqqət yetirərsə, kimsə ictimai-siyasi fəaliyyətinə görə həbsxanada əziyyət çəkməyə mübtəla olmaz. Hər halda ümid edək ki, yeni bir dönəm başlayır, həm hakimiyyət  müxalif fikirliliyə daha dözümlü yanaşacaq, həm də müxalif düşüncəli insanlar işlərini qanunun tələblərinə daha da uyğun quracaqlar. Çünki ölkənin bədxahlarına siyasi məhbus adı ilə bəhanə vermək heç bir halda dövlət olaraq maraqlarımıza uyğun deyil.

– Araz Əlizadənin himn təşəbbüsü qarşılıqlı təhqirlərlə müşayiət olunan müzakirələrə səbəb oldu. Sizin statusunuzdan belə aydın oldu ki, bu kimi təşəbbüslərin müzakirəsində zərərli bir şey görmürsünüz. Necə hesab edirsiniz, milli dəyərlərə, milli atributlara, tarixi şəxsiyyətlərə əl və dil uzadılması, onların aşağılanması nədən bu qədər əlçatan olub? Bəlkə digər mövzular təhlükəli sayılır, ona görə? Ümumiyyətlə, bizim cəmiyyət olaraq dəyişikliyə meylli olmadığımız şəraitdə himn dəyişikliyi mövzusu yersiz deyilmi?  

– Dövlətin qəbul olunmuş atributları barədə hörmətsiz davranmaq yolverilməzdir və qanunla bu cəzalandırılır. Himnə də, gerbə də, bayrağa da həmişə yüksək sayğı göstərməliyik. Ancaq dövlətin heç bir atributu, o cümlədən tarixi şəxsiyyətlər  müqəddəslik toxunulmazlığı ilə müzakirədən kənarda tutula bilməz, çünki enində-sonunda bu da ayrıca bir insanla və ya insanların intellektual əməyinin məhsulu ilə bağlı məsələlərdir.  Müqəddəsliyi biz dövlətə şamil edə bilərik, ata-babalarımızın ideyasını və yaşayan nəslin iradəsini ifadə edən institut olduğuna görə. Ancaq dövlətin atributlarının zamanla uzlaşıb-uzlaşmaması istənilən tarixi dövrdə müzakirə oluna bilər və himnlə bağlı məsələyə də bu kontekstdə yanaşmalıyıq. Araz Əlizadənin bir çox fikirlərini bölüşməsəm də, onun himnlə bağlı açıqlamasında təhqir elementi görmədim, sadəcə, bəlkə deyiliş üslubu bir qədər insanları qıcıqlandırıb. Bəyənib-bəyənməmək hər kəsin öz işidir, ancaq bu mövzuda fikir bildirməyi qadağan etmək hüquq haqqında bilgilərin məhdud olmasından irəli gəlir. Mən dövlətimi sevirəm, bayrağını ən mükəmməl kəşf sayıram, gerbini çox  anlamlı hesab edirəm, ancaq himnimizin həm musiqi, həm mətn-məna baxımından arzuladığım mükəmməllikdə olmadığını dəfələrlə yazıram. Bu o demək deyil ki, himni, bayrağı və ya gerbi dəyişmək lazımdır. Ona görə də bu mövzuda vətənpərvərlik yarışına çıxıb xüsusi ajiotaj yaratmağı doğru saymıram. Bir çox məqamlarda anlaşılan budur ki, cəmiyyət üzvlərinin çoxu əzbərlədiyi mətnin dəyişməsindən, yeniləşməsindən dəhşətli şəkildə qorxur.  Ömür boyu qələmlə yazmış adamın birdən-birə kompüterlə təmasdan qorxduğu kimi. Dəyişiklik zamanın tələbi olanda cəmiyyətin dəyişim qorxusunun nəzərə almadan addımlayan insanların hesabına Amerika kəşf olunub. Unudulmaması vacib olan düstur budur.

– Bu arada talış separatçıları ilə bağlı dedikləriniz də qəzəblə qarşılanıb. Eldəniz Quliyevin sizin və İlham İsmayılın haqqında kəskin fikirlər yazmasını nəzərdə tuturam. Vaxtaşırı hədəfə alınırsınız, bundan da əvvəl radikal dindarların hədəfinə tuş gəlmişdiniz… 

– Zaman-zaman kimlərinsə hədəfinə tuş gəlməyimiz səbəbsiz deyil. Çünki bir çox həqiqətlərin dilə gətirilməsinin istər-istəməz suçluluq duyğusu olan insanlarda rahatsızlıq yaradacağını öncədən görmək olar. Biz dövlətimizin və millətimizin maraqlarını öz  ideya və düşüncələrimizin işığında dilə gətiririk, bu zaman başqa xalqlara qarşı hansısa hörmətsizlik ifadə etmirik, sadəcə, bu xalqların adından istifadə edərək terroçuluğu və separatçılığı təbliğ edən ünsürlərə qarşı sərt mövqe ortaya qoyuruq. Bu zaman bəziləri terrorçulara və separatçılara olan simpatiyalarını ört-basdır etmək üçün guya tərəfimizdən öz xalqlarının hüquqlarının pozulduğunu  iddia edirlər. Siyasi, dini, milli gerçəklərin insanlara doğru biçimdə çatdırılması bizim vətəndaşlıq borcumuzdur, ona görə də bu hücamların qarşısında həmişə olduğu kimi dik duruşumuzu qoruyacağıq.

– Əfvə düşən məhbuslardan kimlərlə görüşdünüz? Yaxud onlara telefon açdınızmı, yaxud sizə zəng edib parlamentdəki təşəbbüslərinizə görə təşəkkür edən oldumu? 

– Xüsusi olaraq kimsə ilə görüşmədim, kimsədən də zəng gəlmədi. Ayrı-ayrı tədbirlərdə görüşəndə təbrik etməyi düşünürəm. Çünki heç birinin telefon nömrəsi məndə yoxdur. Onlar azad olunanda Türkiyədə səfərdə idim, yenə də isti-isti olsaydı, yəqin əlaqə saxlayardım. Əsas odur ki, azadlıqdadırlar, Allah kimsəyə həbsxana həyatı qismət etməsin!

– Rüstəm İbrahimbəyovun ölkəyə girişinə imkan yaradılması təqdir olunurkən, qəfildən Əkrəm Əylislinin ölkədən çıxışına qadağa qoyuldu və barəsində cinayət işi açıldı. Bu ziddiyyəti necə izah edərdiniz? 

– Birinci məsələdə mənim prinsipial mövqeyim budur ki, insanları yaxınlarının ölümü məqamında acıları yaxından paylaşmaq duyğusundan məhrum etmək  yanlış davranışdır və Rüstəm İbrahimbəyovun qardaşının dəfnində iştirakına anlayışlı yanaşmanı  müsbət qiymətləndirirəm. Bunu mütləq qalıcı bir ənənəyə çevirməliyik ki, siyasi baxışları fərqli olan insanlarla hakimiyyət dairələrinin münasibətləri məhz siyasi dairədə qapanıb qalsın, insani məsələlərə zərər vuracaq səviyyəyə gəlib yetişməsin. Məsələn, indiyədək mənə hələ də çatmır ki, xaricdə yaşayan və xalq hərəkarında rolu olan Eldəniz Yusifovun qardaşının yasına görə ölkəyə buraxılmamasında hansı narahatedici məqamlar rol oynamışdı? Açığı, Əkrəm Əylisli məsələsində də köhnəlmiş mövzunun yenidən bu cür aktuallaşdırılmasının faydasının nə olduğunun izahını tapa bilmirəm…

Previous Post

“Fırtınalı dənizdə üzən gəmi durumundayıq”

Next Post

Qarabağın taleyində mühüm dönəm başlayır… – qanlı savaşın pərdəarxası

Bənzər yazılar

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56

Ağ Evdə ABŞ Prezidentinin yeni mətbuat katibi Keti Zakariyanın ilk brifinqindən narazı qalıblar və onun tezliklə işdən çıxarıla biləcəyini mümkün...

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazının şərqində qaydaları (Tehranın elan etdiyi qaydalar-red.) pozan bir...

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55

Böyük Britaniyanın İrandakı səfiri Hüqo Şorter Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Elchi.az  IRIB-yə istinadən xəbər verir ki, buna səbəb "RAF...

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb. Bu barədə Elchi.az - a BDU-nun...

Next Post

Qarabağın taleyində mühüm dönəm başlayır... – qanlı savaşın pərdəarxası

Qarabağın taleyində mühüm dönəm başlayır... – qanlı savaşın pərdəarxası

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.