"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Fırat Kalkanı” – Türkiyə bölgədəki mövqelərini bərpa edir – ŞƏRH

25 Avqust 2016 - 16:49
in XƏBƏR LENTİ
FacebookVatsap

Türkiyə hakimiyyəti Cerablusdakı əməliyyatı ölkənin təhlükəsizliyinin təmin edilməsi məqsədinin daşıdığını bildirib

Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlı dəstələri və beynəlxalq koalisiyanın döyüş təyyarələri Suriyanın Hələb əyalətinin Keklicə və Cerablus rayonlarının terrorçu İŞİD qruplaşmasından təmizlənməsi istiqamətində “Fırat Kalkanı” (“Fərat qalxanı”) əməliyyatına başlayıb. Başqa sözlə Türkiyə öz dövlət təhlükəsizliyi və ərazi bütövlüyünü təmin etmək niyyəti ilə Suriya ərazisinə daxil olub.

Bunu da oxuyun

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Əməliyyatda Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Dəstəsinin 500 hərbçisi və Suriya Azadlıq Ordusunun 2 minə qədər döyüşçüsü iştirak edib. “Fırat kalkanı”nın ilk günü İŞİD-in 46 silahlısı öldürülüb. Suriya Azadlıq Ordusunun 3 döyüşçüsü yaralanaraq, Qaziantəpdəki xəstəxanalardan birinə yerləşdirilib. Bir döyüşçü isə həyatını itirib. Məlumata görə, Türkiyə vaxtı ilə 19.30-da Cerablus bütövlükdə Suriya Azadlıq Ordusunun nəzarət altına keçib.

Terrorçular isə Türkiyənin Karkamış rayonunu vurmağa çalışır. Yerli hökumət rayonun sakinlərini ərazidən təxliyə edib.

Türkiyə hökuməti Suriyanın Hələb əyalətinə bağlı Cerablus rayonunun azad olunması üçün hərbi əməliyyatlar başlayan gün bəyanat yaydı və Cerablus bölgəsinin İŞİD-dən təmizlənməsi məqsədi ilə hərbi əməliyyatların başlandığını açıqladı.

Bəyanatda Türkiyə dövlətinə və millətinə hücumların qarşısının alınması, ölkənin dinc vətəndaşlarını qətlə yetirən terrorçulara qarşı fəal mübarizə aparılması məqsədi ilə əməliyyatlar aparıldığı vurğulanıb. Əməliyyatın beynəlxalq ictimaiyyət və koalisiya gücləri ilə əməkdaşlıq çərçivəsində davam etdiriləcəyi də qeyd edilib.

Türkiyə hakimiyyəti Celabrusdakı əməliyyatı ölkənin təhlükəsizliyinin təmin edilməsi məqsədinin daşıdığını da bildirib.

Rəsmi Ankara bir neçə ildir ölkənin Suriya tərəfdən də təhdid edildiyini dünya ictimaiyyətinə çatdırır, PKK terrorçularının İraqdan sonra bu dövlətin ərazisindən Türkiyəyə qarşı fəaliyyət göstərdiyini bildirir.

Cerablus – Türkiyənin Qaziantep əyalətinin Kilis rayonunun şərqində, Suriyanın Ayn-ül Arab (terrorçu PKK-nın Suriyadakı qolları PYD və YPG həmin əraziyə nəzarəti ələ keçirib və rayon daha çox Kobani kimi tanınır- S.İ.) şəhərinin qərbində, Ezaz rayonun cənubunda, Suriyanın Hələb əyalətinin Minbic rayonunun qonşuluğunda yerləşən kantondur.

2004-cü ildə keçirilən əhalinin siyahıya alınmasının nəticələrinə görə, Cerablusun əhalisinin sayı 58 min nəfərdir. Müharibədən sonra orada nə qədər insanın yaşadığı məlum deyil. Rayon əhalisinin çoxu ərəb olsa da orada kürdlər də yaşayır. 2012-ci ildə kanton Suriya Azadlıq Ordusu və “Əl-Nusra” qruplaşmasının nəzarəti altında olub. 2013-cü ildə isə terrorçu İŞİD əlinə keçib.

Terrorçular sakinlərə qarşı zorakı davrandığı üçün əhalinin müəyyən hissəsi Celabrusu tərk edib, bir hissəsi isə Türkiyəyə sığınıb.

Son bir ildə Suriya ərazisindən Türkiyənin Qaziantep əyalətinin Kilis rayonuna düşən çoxsaylı raketlər nəticəsində 20-yə yaxın yerli sakin ölüb, 50-dən çox sakini isə yaralanıb. Avqustun 21-də Qaziantepdə törədilən terror nəticəsində isə 54 dinc sakin həyatını itirib.

Terrorçu PKK qruplaşması və onun siyasi dəstəkçiləri də Türkiyəni Suriyadakı silahlılarla hədələyir, Suriyadan sonra onların hədəfində Türkiyənin olduğunu demək istəyirlər.

Heç şübhəsiz, İraq və Suriyada hakimiyyət boşluğundan istifadə edənlər bu iddianı gerçəkləşdirməyə cəhd də edirlər. Nəzərə almaq lazımdır ki, Türkiyə ilə Suriya arasında sərhədin uzuluğu 911 km-dir. Bu, başqa qonşu dövlətlərlə müqayisədə ən uzun sərhəddir. Yeri gəlmişkən, Türkiyənin İranla sərhədin uzunluğu 454 km, İraqla 331, Ermənistanla 316, Gürcüstanla 276, Bolqarıstanla 269, Yunanıstanla 212, Azərbaycanla 11 kilometrdir.

Suriyanın Türkiyə ilə sərhəd bölgələrinə isə mərkəzi hakimiyyət nəzarət etmir. Orada vəziyyət təxminən aşağıdakı kimidir:

Azez – hazırda mərkəzi hökumətə müxalifət olan qüvvələrin nəzarətindədir. Ora terrorçu PKK-nın qolları olan PYD və YPG-də müdaxilə etməyə çalışır.

Tel-Rlfat – bu ilin fevralınadək müxalifətin nəzarəti altında olub. Rusiyanın havadan dəstəkləməsi nəticəsində 2016-cı ilin fevralından etibarən PYD-nin əlinə keçib. Tel-Rıfat Türkiyənin sərhədində Azez və Mare ilə birlikdə müxalifətin nəzarət etdiyi əhəmiyyətli ərazi sayılırdı.

Mare – ABŞ-ın havadan dəstəyi nəticəsində PYD-nin nəzarəti altına keçib.

Menbiç – ABŞ-ın havadan zərbələr endirərək, YPG-ni dəstəkləməsi nəticəsində ərazi Suriya Demokratik Qüvvələrinin nəzarətindədir. Bu qurum PYD və YPG-nin rəhbərliyi altında fəaliyyət göstərir.

El-Bab – bu ərazi İŞİD-in nəzarəti altındadır. PYD və YPG ABŞ-ın dəstəyi ilə oranı da öz nəzarəti altına almaq niyyətindədir.

Kürd silahlıları Türkiyənin Cerablusun azad olunması üçün başlatdığı əməliyyatı “Rojava”, “Suriya Kürdüstanı” adlandırdıqları ərazinin birləşməsinə mane görürlər. PYD və başqa bu kimi silahlı qruplaşmalar bu il martın 17-də “Rojava”nı Suriyanın tərkibində dövlət elan ediblər.

PYD-nin başçılarından biri Saleh Müslüm Türkiyənin başladığı əməliyyatla bağlı “Twitter” səhifəsində yazıb: “Türkiyə Suriya bataqlığında çox şey itirəcək. İŞİD kimi o da məğlub olacaq”.

Türkiyə Celabrus əməliyyatı ilə Suriya ilə arasındakı dəmiryolu xəttinin də terrorçulardan qurtarmasını hədəfləyib.

Bundan başqa, rəsmi Ankara Suriyanın ərazi bütövlüyünü dəstəklədiyindən bu ölkədə etnik və məzhəbi baxımından dövlətlərin qurulmasına qarşı olduğunu dəfələrlə bəyan edib.

PYD və başqa belə silahlı qruplaşmaların lidelərinin çıxışına gəlincə, onlar Türkiyə Silahlı Qüvvələrinin İraqda və Suriyada olmasından narahatlıqlarını bu şəkildə bildirirlər. Çünki türk ordusunun Suriya və İraqda olması həm bölgənin, həm də Türkiyənin təhlükəsizliyinə xidmət edəcək. Nəzərə almaq lazımdır ki, İraq və Suriyada Rusiya və İrana bağlı qüvvələr də mövcuddur. PYD kimiləri indiyədək belə iddialı çıxışlar etməyiblər.

Ancaq unudulan, önəm verilməyən, yaxud diqqətdən kənarda saxlanılmağa cəhd göstərilən bir məqam da var: İŞİD adlı terror qruplaşması mövcuddursa və iki ölkənin – İraq və Suriyanın böyük bir ərazisini nəzarət altına alıbsa, həmin yerlərin sakinləri qaçqın halına düşübsə, terrorçuların fəaliyyəti nəticəsində bu iki dövlətin dünyanın siyasi xəritəsindən silinməsi təhlükəsi varsa, o zaman belələri ilə necə davranılmalıdır?! Yoxsa, İŞİD-in varlığı həm də PYD kimi terrorçuların xeyrinə işləyir?

“Fırat kalkanı”ndan ABŞ, Rusiya və İran da xəbərdardır. ABŞ, Almaniya, İran və Rusiya “Fırat kalkanı”nı dəstəkləyib.

Bu əməliyyat Suriya məsələsi ilə bağlı beynəlxalq danışıqlarda Türkiyənin mövqeyinə müsbət təsir göstərəcək. Habelə PKK, PYD kimi terrorçu qrupları türk dövlətinə qarşı istifadə edənlərə, elə həmin dəstələrə də öz yerini göstərəcək. Nə qədər pafoslu və emosional səslənsə də bunu da vurğuilamaq lazımdır: dünya 101 il əvvəl türk millətinin gücünü görmüşdü. Suriyadakı aniterror əməliyyatında bu gücün və ruhun ölmədiyi təsdiqləndi.

Türkiyənin daxili işlər naziri Efkan Ala isə deyib ki, əməliyyat ölkəsinə yönələn təhdidlər aradan qalxanadək davam edəcək.

Beləliklə, Türkiyə Silahlı Qüvvələri bölgənin taleyüklü məsələsinin həlli üçün hərbi əməliyyatlara da qoşuldu. 3 milyonadək suriyalı və iraqlı qaçqını qəbul edən dövlətin bu əməliyyatı başlamasında qanunauyğunluq var.

Ancaq qorxulu və ehtiyat ediləcək halda yox deyil. Ötən ilin noyabrında Rusiya ilə yaşanmış hərbi təyyarə böhranı rəsmi Ankaranın lazımı anda müttəfiqlərindən istənilən dəstəyi ala bilmədyini göstərdi. Bundan başqa, Türkiyəni parçalamaq istiqamətində fəaliyyət göstərən, terror aktları törədən PKK, PYD kimi terrorçulara Qərb birmənalı şəkildə “yox” demir və onların üzünə qapıları bağlamır.

Bu isə narahatedici məsələdir. Yəni həmin müttəfiqlər ölkəni Suriyadakı hərbi əməliyyatlara cəlb etdikdən sonra adları çəkilən və çəkilməyən qruplaşmaların əli ilə Türkiyə üçün ciddi problemlər də yaşada bilərlər. Ən təhlükəlisi isə haqlı olduğun halda döyüş meydanında təklənməkdir.

Previous Post

“Fırat Kalkanı” – Türkiyə bölgədəki mövqelərini bərpa edir – ŞƏRH

Next Post

Əflatun Amaşov KİV-ə xəbərdarlıq etdi

Bənzər yazılar

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

31 İyul 2026 - 21:53

Fransa Prezidenti Emmanuel Makron Seutaya miqrantların genişmiqyaslı axını fonunda İspaniya ilə sərhəddə təyyarələr və pilotsuz uçuş aparatları yerləşdirmək barədə göstəriş...

CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

31 İyul 2026 - 20:55

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran hakimiyyətinin Hörmüz boğazının bağlanması ilə bağlı növbəti bəyanatını təkzib edərək, beynəlxalq dəniz yolunun...

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

31 İyul 2026 - 20:53

Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə Elchi.az -  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib....

Azərbaycan xüsusi təyinatlıları “Zülfüqar-2026” təlimini uğurla tamamladı

Azərbaycan xüsusi təyinatlıları “Zülfüqar-2026” təlimini uğurla tamamladı

31 İyul 2026 - 19:08

İordaniyada Azərbaycan, Pakistan, Türkiyə və bu ölkənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə keçirilən "Zülfüqar - 2026" birgə taktiki təlimi başa...

Next Post

Əflatun Amaşov KİV-ə xəbərdarlıq etdi

Əflatun Amaşov KİV-ə xəbərdarlıq etdi

Son xəbərlər

Abit Öztürkə bir ömür minnətdarlıq hissi

Abit Öztürkə bir ömür minnətdarlıq hissi

02 Avqust 2026 - 00:29
Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

01 Avqust 2026 - 20:13
“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

01 Avqust 2026 - 19:59
Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

01 Avqust 2026 - 14:02
“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

01 Avqust 2026 - 13:45
Sumqayıtda yanğın olub – VİDEO

Sumqayıtda yanğın olub – VİDEO

01 Avqust 2026 - 13:09
Sabah 39 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

01 Avqust 2026 - 12:37
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

01 Avqust 2026 - 12:00
MİQ-in nəticələri açıqlanıb

MİQ-in nəticələri açıqlanıb

01 Avqust 2026 - 11:45
Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

01 Avqust 2026 - 11:21
“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

01 Avqust 2026 - 11:08
Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

01 Avqust 2026 - 10:55
Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

01 Avqust 2026 - 10:50
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

01 Avqust 2026 - 10:30
Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

01 Avqust 2026 - 10:15
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.