Finlandiyada aprelin 2-də keçiriləcək ümumi seçkilər öncəsi keçirilən erkən səsvermə prosesində qeydə alınmış seçicilərin 40 faizinin iştirakı ilə rekord qırılıb.
Elchi.az xəbər verir ki, Finlandiyanın “YLE” xəbər agentliyinin məlumatına görə, erkən səsvermə martın 22-28-də keçirilib.
Aprelin 2-də ölkədə keçiriləcək ümumi seçkilər öncəsi siyahıya alınmış seçicilərin 40 faizi erkən səsvermə prosesində iştirak edib. Bu, o deməkdir ki, 1 milyon 710 min nəfər erkən səs verib.
Qalan seçicilər bazar günü səs verə biləcəklər.
Nəhayət, 2019-cu ildə keçirilən ümumi seçkilərdə seçicilərin 36,6 faizi əvvəlcədən səs verib və ümumi fəallıq faizi 72,1 faiz olaraq açıqlanıb.
Yeganə