Estoniyanın Sahibkarlıq və İnformasiya Texnologiyaları naziri Kristjan Jarvan rəsmilərə dövlət tərəfindən verilən telefonlarda “TikTok” tətbiqindən istifadənin qadağan ediləcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki, nazir bu barədə “Eesti Paevaleht” qəzetinə məlumat verib.
“Dövlət İnformasiya və Kommunikasiya Texnologiyaları Mərkəzindən müvafiq əmr olub. Hələlik biz yalnız “TikTok”dan danışırıq. Bu ay proqram mərkəzdən idarə olunan telefonlardan silinəcək və onun quraşdırılmasına qadağa qoyulacaq”, – deyə nazir bildirib.
Yeganə