Finlandiya rəhbərliyinin ritorikası son dərəcə aqressiv xarakter alıb və bu, Rusiyanı narahat etməyə bilməz.
Elchi.az xəbər verir ki, bu barədə
Dövlət Dumasının deputatı Aleksey Çepa Lenta.ru ilə söhbətində deyib. O, həmçinin vurğulayıb ki, ölkə Rusiya ərazisinə zərbələr endirmək çağırışına məhəl qoymayacaq.
“Biz etiraf etmək məcburiyyətindəyik ki, son vaxtlar Finlandiya rəhbərliyinin ritorikası son dərəcə aqressiv xarakter alıb və bu, təbii ki, bizi çox çaşdırır və narahat edir. Və təbii ki, biz buna məhəl qoymayacağıq”, – deyə siyasətçi xəbərdarlıq edib.
Çepanın sözlərinə görə, Finlandiya rəhbərliyi anti-Rusiya əhval-ruhiyyəsi trendində olmağa çalışır.
Havar Şəfiyeva