Bunlara daşınmaz əmlak, səhmlər, avtomobillər, yaxtalar və təyyarələr daxildir.
Elchi.az xəbər verir ki, Finlandiya hökuməti bu günə qədər Rusiyanın 187 milyon avro dəyərində aktivlərini dondurub, Respublika Xarici İşlər Nazirliyinin sanksiyalar departamentinin rəhbəri Pia Saarivaara bildirib.
YLE-nin məlumatına görə, dondurulmuş aktivlər arasında daşınmaz əmlak, səhmlər, avtomobillər, yaxtalar və təyyarələr var. Bu sanksiyalara əsasən, Helsinki-Halli çoxfunksiyalı qapalı idman arenasının sahibi olan rusiyalı oliqarx Gennadi Timçenkonun aktivləri bu sanksiyaların altına düşüb.
Xatırladaq ki, ötən ilin payızında rusiyalı iş adamları Arkadi Voloj, Boris və Arkadi Rotenberqə məxsus aktivlər Finlandiyada həbs edilmişdi. Onlar Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatına görə Avropa Birliyinin sanksiya siyahısına daxil edilib.
Bu arada Avropa İttifaqı Rusiya Bankının dondurulmuş aktivlərinin müsadirə edilməsi imkanını nəzərdən keçirir. Bunu Avropa Komissiyasının (AK) sədr müavini Vera Yurova deyib. Onun sözlərinə görə, Aİ bu aktivlərdən Ukraynanın ehtiyacları üçün istifadə imkanlarını öyrənir.
Şayəstə