Finlandiya parlamenti NATO-ya üzvlük haqqında qanunu təsdiqləyib

53

Finlandiya parlamenti ölkənin NATO-ya qəbulu ilə bağlı qanun layihəsini təsdiqləyib.

Elchi.az bu barədə RİA Novostiyə istinadən xəbər verir.

Qeyd olunur ki, 200 deputatdan 184-ü Şimali Atlantika Alyansına qoşulmağa səs verib. Beləliklə, bu məsələ ilə bağlı səslərin mütləq çoxluğu nəzərə alınıb.

Xatırladaq ki, daha əvvəl “Reuters” agentliyi xəbər vermişdi ki, Macarıstan prezidenti Katalin Nowak Macarıstan parlamentinin Finlandiya və İsveçin NATO üzvlüyünü mümkün qədər tez ratifikasiya etməli olduğunu deyib. Bloka daxil olan bütün ölkələrdən yalnız Macarıstan və Türkiyə müvafiq protokolu ratifikasiya etməyib.

Yeganə