Finlandiya bu gün NATO-ya rəsmi inteqrasiya prosesini başa çatdırıb.
Elchi.az-ın News.am-a istinadən xəbərinə görə, Finlandiya Müdafiə Qüvvələrinin bəyanatında deyilir ki, Müdafiə Qüvvələrinin komandanı general Timo Kivinen və NATO-nun Transformasiya üzrə Ali Komandanı general Filip Lavigne müvafiq bəyannamə imzalayıblar.
Mərasim Prezident sarayında Finlandiya prezidenti Niinistönin iştirakı ilə baş tutub.
“Finlandiya Müdafiə Qüvvələrinin inteqrasiya mərhələsinin tapşırıqlarını yerinə yetirdiyini təsdiqləmək üçün bu gün, 12 iyun 2023-cü il tarixində inteqrasiya mərhələsinin rəsmi başa çatdığını elan edirik”, -deyə sənəddə qeyd olunub.
Onlar həmçinin aydınlaşdırıblar ki, rəsmi başa çatmasına baxmayaraq, inteqrasiya prosesi bir ildən çox davam edəcək.
Yeganə