Finlandiya ABŞ-dan F-35 təyyarələri üçün orta mənzilli “hava-hava” AMRAAM (Advanced Medium-Range Air-to-Air Missile) raketləri alacaq.
Elchi.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, müqavilə Finlandiyanın Müdafiə naziri Antti Häkkiänen tərəfindən təsdiqlənib.
“Raketlər F-35A çoxməqsədli döyüş təyyarələri ilə uyğun olacaq”, — deyə açıqlamada qeyd edilib.





















