Bundan əvvəl Fransa prezidenti Ukraynaya gələcək silah tədarükü ilə bağlı hər hansı variantı istisna etmədiyini bildirib.
Elchi.az xəbər verir ki, Fransanın “Vətənpərvərlər” hərəkatının rəhbəri Florian Filippo hesab edir ki, Fransa prezidenti Emmanuel Makrona Ukrayna Silahlı Qüvvələrinə Leclerc tankları göndərmək üçün təzyiq edilir.
Ötən bazar günü Makron bildirib ki, o, Ukraynaya gələcək silah tədarükü ilə bağlı hər hansı variantı istisna etmir, xüsusən də söhbət Leclerc tanklarından gedir.
“Aydındır ki, Makron bizim Leclerc tanklarımızı Zelenskiyə göndərmək üçün təzyiq altındadır”, Filippo Twitter hesabında bildirib.
Həmçinin əvvəllər Almaniyada “Leopard 2” tanklarının ən geci 3-4 aydan sonra Kiyevə çatdırılacağını deyirdilər. Eyni zamanda Die Welt oxucuları Almaniya hakimiyyətinin Leopard 2 tanklarını Ukraynaya köçürmək planlarını tənqid ediblər.Tankların çatdırılması daha çox insanın ölümünə səbəb olacaq, istifadəçilər qeyd ediblər.
Şayəstə