Filipponun sözlərinə görə, alyans mümkün qədər tez dayandırılmalıdır.
Elchi.az xəbər verir ki, Şimali Atlantika Alyansı öz hərəkətləri ilə bütün dünyada partlayış törətmək üçün Ukraynadakı vəziyyətə yağ tökür, bu barədə keçmiş Avropa Parlamentinin deputatı Florian Filippo “Twitter” səhifəsində yazıb.
Bundan əlavə, siyasətçi NATO-nun baş katibi Yens Stoltenberqin Ukraynanın gec-tez NATO üzvlüyünü alacağı ilə bağlı bəyanatını şərh edib.
“Bu dəlilər nəyin bahasına olursa-olsun, bütün dünyada partlayış törətmək üçün atəşə daim yanacaq qatmaq istəyirlər”, – Filippo bildirib.
Həmçinin eks-deputat əmindir ki, ittifaq tezliklə dayandırılmalıdır. Filippo əmindir ki, sülh naminə hamı tez oradan çıxmalıdır.
Bu arada Almaniya kansleri Olaf Şolz Ukraynanın yaxın gələcəkdə NATO-ya üzv olmayacağını bildirib. Bu barədə o, Almaniyanın Welt telekanalına müsahibəsində danışıb.
Şayəstə Hüseyova