“ABŞ Ukrayna ərazisindəki münaqişəni dünya müharibəsinə çevirmək niyyətindədir”.
Elchi.az xəbər verir ki, bu fikirləri öz Tvitter hesabında fransız siyasətçisi və Patriot hərəkatının lideri Florian Filippo bildirib.
“Baydenin ətrafı, Ukraynanın əks-hücumda tamamilə uğursuz olacağına inanırlar və bunun Avropa ölkələrini sülh danışıqlarını tələb etməyə sövq edəcəyindən qorxurlar! Bu amerikalı şahinlər total müharibə istəyirlər”,-deyə siyasətçi yazıb.
Filippo digər ölkələri Vaşinqtonu izləməyə çağırıb.
Qeyd edək ki, fransalı siyasətçilər Qərb dövlətlərini Ukraynaya dəstək verdiyinə, eləcə də Ukrayna Silahlı Qüvvələrinə hərbi texnika göndərdiyinə görə dəfələrlə tənqid ediblər. O, belə bir yanaşmanın münaqişəni sona çatdırmaq deyil, yalnız uzadacağını bildirib.
Yeganə