Filippində səyahət zamanı yanan bərədəki 120 nəfər xilas edilib və yanğın söndürülüb.
Elchi.az xəbər verir ki, Filippin Sahil Mühafizəsinin məlumatına görə, M/V Esperanza Star adlı bərə səhər saatlarında Siquijor əyalətindən Bohol şəhərinə gedərkən açıq dənizdə yanıb.
Yanğının söndürülməsi üçün iki gəminin göndərildiyi xilasetmə əməliyyatı 5 saatdan çox davam edib və 65 sərnişin və 55 ekipaj üzvü xilas edilib.
Sahil Mühafizəsinin sözçüsü Coy Qumatay “Bərədəki hər kəs təhlükəsizdir” dedi. O qeyd edib ki, sərnişinlər və ekipaj Bohol əyalətinin Taqbilaran liman şəhərinə gətirilib və araşdırmalar davam edir.
Filippin Sahil Mühafizəsi tərəfindən yayımlanan görüntülərdə bərənin göyərtəsindən alov və qara tüstü qalxdığı görünür.
Şayəstə Hüseynova